«Qəbələ» Danimarka təmsilçisini məğlub etdi
Xəbərlər / 16 Fevral 2014 | 09:40245
Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. "Qırmızı-qaralar" ikinci matçda Danimarkanın HB Koge (U-15) kollektivi ilə qarşılaşıb. Qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın heyətində Fərid Nəbiyev və Allahverdi Əsədov (2) fərqlənib. Xatırladaq ki, Hüseynqulu Quliyevin yetirmələri ilk matçda İsveçrənin "Dietikon" kollektivi ilə üz-üzə gəlmişdi. Matç sülhlə bitmişdi - 4:4.
"Qəbələ" növbəti sınaq oyununda fevralın 17-i Şotlandiyanın U-15 millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.