“Qəbələ”də 3 illik müqavilə
Xəbərlər / 3 İyul 2025 | 23:3413459
“Qəbələ”də 3 illik müqavilə

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

 

19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”a qoşulub. O, ötən mövsümdə klubumuzun U-19 komandasının formasını geyinib. Ovusu ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Prins ötən mövsüm U-19 Liqasının gümüş mükafatçısı olub. O, keçirdiyi 14 oyunda 11 qol və 5 assistə imza atıb.