«Qəbələ»də 70-ci oyun
Xəbərlər / 4 Aprel 2022 | 21:03223
«Qəbələ»də 70-ci oyun

Rövlan Muradov “Qəbələ”də 70-ci oyununu keçirib. Yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXI turuna təsadüf edib. “Keşlə” ilə ev oyunu (1:1) klubumuzun yetirməsi üçün əsas komandada 70-ci matç olub.

24 yaşlı futbolçunun debütü 2018/19 mövsümündə gerçəkləşib. Muradov mövsümün son turunda – mayın 11-də səfərdə keçirilən “Sumqayıt”la görüşdə (0:1) meydana çıxıb.

Muradov indiyədək keçirdiyi 70 matçda 9 qola imza atıb. O, Premyer Liqada 61 (8 qol), kubokda 8 (1 qol), Avropa Liqasında 1 matçda iştirak edib.

Xatırladaq ki, Rövlan “Qəbələ”də 70 və ya daha çox matç keçirən 24-cü futbolçudur.