"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.
Komandamız Bolqarıstanın "Beroe" klubundan qapıçı Artur Mottanı 1 illik icarəyə götürüb.
24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən "Beroe"nin şərəfini qoruyub. O, buna qədər Braziliyanın "Fortaleza", "Quarani" və "Sao Kaetano" komandalarının da formasını geyinib.