“Qəbələ” akademiyasının oğlan və qız komandalarının 10-16 yaşlı futbolçuları üçün “Futbolda Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar keçirilib.
Qəbələ şəhər stadionunda təşkil olunan tədbir 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən Uşaq Hüquqları Aylığı çərçivəsində keçirilib. Məqsəd uşaqların və yeniyetmələrin futbol mühitində təhlükəsizliyini təmin etmək, zorakılıq və sui-istifadə hallarının qarşısını almaq, eləcə də etik davranış və inklüzivlik prinsiplərini təşviq etməkdir.
Futbolçularla uşaq hüquqlarının qorunması, təhlükəsiz idman mühiti, hörmət və məsuliyyətli davranış haqqında söhbətlər aparılıb. İştirakçılar situasiyalı tapşırıqlar, qrup müzakirələri və oyun əsaslı fəaliyyətlər vasitəsilə mövzunu daha dərindən mənimsəyiblər.