Misli Premyer Liqasının 2025/26-cı illər mövsümünün V turu çərçivəsində “Qəbələ" – “Kəpəz" oyunu komandamızın futbolçusu Ziya Şəkərxanov üçün əlamətdar olub.
Akademiyamızın 18 yaşlı yetirməsi Premyer Liqada debüt oyununa çıxıb. Beləliklə, bu mövsüm "Qəbələ"nin heyətində Premyer Liqada debüt edən yerli futbolçuların sayı 4-ə çatıb.
Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov və Süleyman Damadayev də elitada ilk oyunlarını keçiriblər.