«Qəbələ»də ukraynalı yarımmüdafiəçi
Xəbərlər / 10 Avqust 2022 | 17:39538
«Qəbələ»də ukraynalı yarımmüdafiəçi

Misli Premyer Liqasının 2022-2023-cü illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ”  heyətinə daha bir futbolçu qatıb. “Qırmızı-qaralar” yay transfer dövründə altıncı oyunçu keçidini reallaşdırıb.

Ukraynalı yarımmüdafiəçi Andrey Strijak 2022-2023-cü illər mövsümündə komandamızın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. 

Kiyev “Dinamo”sunun yetirməsi olan Andrey peşəkar karyerası ərzində “Şaxtyor” (2017-2018), “Arsenal” (2018-2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos, Feras Abu Akal və Ramon Maçadonu heyətinə qatıb.