«Qəbələ»də yeni hücumçu
Xəbərlər / 27 İyul 2015 | 10:52204
«Qəbələ»də yeni hücumçu

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Apollon"la (Kipr) ilk oyununun hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Bunadək 11 futbolçunu - Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Georgi Floresku, Vojislav Stankoviçi və Vadim Abdullayevi heyətinə qatan “qırmızı-qaralar” daha bir transferi reallaşdırıb. Komandamız bosniya və herseqovinalı futbolçu Ermin Zetslə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu “Qəbələ”yədək vətənində “İskra” (Buqoyno, 2006-2007),  Xorvatiyada “Sibenik” (2007-2010)və "Riyeka"(2014), Türkiyədə "Gənclərbirliyi" (2010-2014), "Balıkəsirspor" (2015) klublarında çıxış edib. O, Bosniya  və Herseqovinanın gənclər və əsas yığmasının da şərəfini qoruyub. 2007-2009-cu illərdə U-21-də 5 oyuna çıxan hücumçu əsas millidə 2008-ci ildə debüt edib. Bu komandada 9 matçda iştirak edən Ermin yeganə qolunu 2010-cu ildə İsveçlə yoldaşlıq oyununda vurub.