“Qəbələ”də yeni müdafiəçi
Xəbərlər / 26 İyun 2024 | 12:59226
“Qəbələ”də yeni müdafiəçi

2024-2025-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

 

Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib. O, bunadək “Şamaxı-2” (2017-18), “Neftçi-2” (2020), “Kəpəz” (2021-22) komandalarında çıxış edib. Müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.