“Qəbələ”də yeni müdafiəçi
Xəbərlər / 4 İyul 2025 | 22:2713308
“Qəbələ”də yeni müdafiəçi

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

 

Qanalı mərkəz müdafiəçisi İsaak Amoah “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

 

Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında da çıxış edib.