“Qəbələ” İdman Klubu təhsil sahəsində yeni əməkdaşlığa imza atıb. Dünyanın tanınmış idman institutlarından olan Johan Cruyff Institute ilə tərəfdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən klubumuzun əməkdaşları və futbolçuları idman sahəsində təcrübələrini və təhsillərini artırmaq imkanı əldə edəcəklər