“Qəbələ”də yeni müqavilə
Xəbərlər / 4 Sentyabr 2024 | 20:182477
“Qəbələ”də yeni müqavilə

2024-2025-ci illər mövsümünün startı ərəfəsində transfer çalışmalarını davam etdirən “Qəbələ” daha bir futbolçu ilə müqavilə imzalayıb. “Qırmızı-qaralar” Ruslan Voronsovun keçidini rəsmiləşdirib.

 

28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Ruslan bunadək “Simurq”, “Ağsu”, “Şəmkir”, “Zaqatala”, “Mingəçevir” “Qaradağ Lökbatan”, MOİK, “Karvan”, "Cəbrayıl", Şimali Kiprdə “Larnaka Gənclərbirliyi” klublarında forma geyinib.