"Qəbələ"də yeni müqavilə
Xəbərlər / 12 Sentyabr 2024 | 16:531377
"Qəbələ"də yeni müqavilə

Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. “Qırmızı-qaralar” Abdullahi Şuaybunun keçidini gerçəkləşdirib. 

 

22 yaşlı nigeriyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Şuaybu bunadək “Saksan” (Moldova) və “Kəpəz”də forma geyinib.