“Qəbələ”də yeni təyinat
Xəbərlər / 6 Avqust 2025 | 19:4910647
“Qəbələ”də yeni təyinat

“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.

 

Elnur Məmmədli klubun mətbuat xidmətinin rəhbəri təyin edilib.  O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.

 

Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.