“Qəbələ” – “Sumqayıt” – 5:0
7 mart 2020. Saat 16:00. Qəbələ şəhər stadionu, 250 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Namiq Hüseynov
Dördüncü hakim: Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Merab Qiqauri, 33 (oyunun bərpasının ləngidilməsi); Nikolas Raysel, 59 (hakimin qərarına etiraz) // Vüqar Mustafayev, 23 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 87 (qeyri-idman hərəkəti)
Qollar: Nikolas Raysel, 34, 89 (p.); Amin Seydiyev, 37; Rövlan Muradov, 52; İviça Juniç, 63
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 2 dəq.
Azərbaycan Premyer Liqasında XX tur başlayıb. Turun ilk oyunu Qəbələdə baş tutub. “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib. “Qırmızı-qaralar” meydana ötən turdakı start “11-liy”i ilə çıxıb. Komandamızın çalışdırıcısı Elmar Baxşıyev “Zirə” ilə səfər matçındakı (2:1) heyəti dəyişməyib.
İlk dəqiqələrindən hər iki komanda fəallıq nümayiş etdirərək topa daha çox nəzarət etməyə çalışıb. Amma qapılar önündə real qol vəziyyətləri yaranmayıb. Rəqiblər daha çox top uğrunda mübarizə aparıb. Hissənin ortalarından başlayaraq “qırmızı-qaralar” üstünlüyü ələ almağa başlayıb. Daha çox hücum təşkil edən komandamızın üstünlüyü tezliklə hesabda da əksini tapıb. Klesio Baukun sağ cinahdan ötürməsini Nikolas Raysel tamamlayıb. Üç dəqiqə sonra isə Bauk növbəti məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Onun soldan ötürməsini Amin Seydiyev qapayıb. Buraxılan qollardan sonra “Sumqayıt” fəallıq nümayiş etdirsə də, “Qəbələ”nin sürətli əks-hücumları daha təhlükəli alınıb. Lakin fasiləyədək hesab dəyişməz qalıb.
İkinci hissədə “qırmızı-qaralar” rəqib qapısı önündə ardıcıl təhlükəli epizodlar yaradıb. Merab Qiqauri və Asif Məmmədovun zərbələrində dəqiqlik çatmayıb. Rövlan Muradov fasilədən az sonra fərqi 3 topa çatdırıb. Bununla kifayətlənməyib hücumları davam etdirən “Qəbələ” daha bir qol vurub. Künc zərbəsindən sonra İvitsa Juniç yaxın məsafədən qapını dəqiq nişan alıb. Çox keçmədən “Sumqayıt”ın qapısı önündə daha bir real qol vəziyyəti yaranıb. Yaxın məsafədən zərbəni boş qapıdan müdafiəçilər uzaqlaşdırıb. Oyunun sonluğu qarşılıqlı hücumlarla yadda qalıb. Komandalar təhlükəli hücumlar qursalar da, real qol vəziyyəti yarada bilməyib. Hesab isə yalnız son dəqiqələrdə dəyişib. Əllə oyuna görə təyin olunan penaltini Nikolas Raysel dəqiq yerinə yetirib. Bununla da dublunu rəsmiləşdirən forvard matçda da son nöqtəni qoyub – 5:0. Beləliklə, “Qəbələ” cari mövsümdə ən böyükhesablı qələbəsini qazanıb.
“Qəbələ”
1. Anar Nəzirov (k)
8. Qismət Alıyev
11. Asif Məmmədov
28. Murad Musayev
3. İviça Zuniç
(4. Sadiq Quliyev, 65)
10. Klesio Bauk
77. Merab Qiqauri
21. Fernan Lopez
(7. Roman Hüseynov, 73)
32. Nikolas Raysel
19. Rövlan Muradov
(22. Rodriqo Qattas, 71)
2. Amin Seydiyev
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
14. Ülvi İsgəndərov
9. Ehtiram Şahverdiyev
12. Abdelrafik Jerar
17. Yaovi Akakpo
55. İdris İnqilablı
Baş məşqçi: Azər Bağırov
“Sumqayıt”
1. Mehdi Cənnətov
2. Rail Məlikov (k)
(9. Amil Yunanov, 46)
46. Aleksey İsayev
4. Şəhriyar Əliyev
14. Elvin Bədəlov
22. Sərtan Taşqın
6. Vüqar Mustafayev
90. Rəhim Sadıxov
10. Əmir Ağayev
(20. Rüfət Abdullazadə, 76)
8. Peyman Babayi
44. Elvin Cəfərquliyev
(18. Süleyman Əhmədov, 60)
Ehtiyat oyunçular:
13. Aydın Bayramov
97. Xəyal Nəcəfov
50. İlqar Qurbanov
88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov