“Qəbələ” – “Səbail” – 5:0
18 sentyabr 2021. Saat 17:00. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Kamran Bayramov
Dördüncü hakim: Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Sarı vərəqələr: Rafael Utziq, 22 (qeyri-idman hərəkəti); Stefan Vukçeviç, 34 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 35 (hakimin qərarına etiraz); İsnik Alimi, 81 (qeyri-idman hərəkəti) // Rauf Əliyev, 3 (qeyri-idman hərəkəti); Domantas Şimkus, 52 (qeyri-idman hərəkəti); Ədilxan Qarəhmədov, 81, 86 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Ədilxan Qarəhmədov, 86
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elmar Baxşıyev, 47 (hakimin qərarına etiraz)
Qollar: Rövlan Muradov, 65; Ülvi İsgəndərov, 84; Ehtiram Şahverdiyev, 89; Rafael Utziq, 90+1; İsnik Alimi, 90+5
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 6 dəq.
Azərbaycan Premyer Liqasında IV tura start verilib. Turun ilk oyunu Qəbələ şəhər stadionunda keçirilib. Mövsümün ilk üç oyunundan sonra liderlər qrupunda qərarlaşan “Qəbələ” və “Səbail” üz-üzə gəlib. “Qırmızı-qaralar” meydana ötən turdakı start “11-liy”i ilə çıxıb.
Görüş qarşılıqlı hücumlarla başlayıb. Elmar Baxşıyevin yetirmələri cüzi ərazi üstünlüyünə malik olub. Daha kəsərli hücumlar edən “Qəbələ” 15-ci dəqiqədə hesabı açmaq üçün ilk imkan qazanıb. Yaovi Akakponun geriyə ötürməsini Stefan Vukçeviç qüvvətli zərbə ilə tamamlasa da, top tirin üstündən keçib. Hissənin ortalarından başlayaraq “qırmızı-qaralar” təzyiqi artırıb. Belə hücumların biri Rövlan Muradovun təxminən 20 metrdən qapını nişan alması ilə nəticələnib. Qonaqları qapıçısı topu xilas edib. Müdafiədə qapanmayan bakılıların azsaylı təhlükəli hücumları da yaddaqalan olub. Nicat Mehbalıyev əvvəl Əfran İsmayılovun, ardınca Turan Manafovun zərbəsini küncə çıxarıb. “Qırmızı-qaralar” fasiləyə üstün yollanmaq şansı qazansa da, Rövlan Muradov əlverişli mövqedən çərçivəyə düşməyib. Rafael Utziqin sağ cinahdan cərimə meydanına ötürməsini Yaovi Akakpo Rövlana ünvanlasa da, sonuncu topu tirin üstündən vurub.
İkinci hissənin əvvəlində “Qəbələ” real qol imkanı əldə edib. Topu rəqibdən “oğurlayan” İsnik Alimi Asif Məmmədovu qapıçı ilə üz-üzə qoyub. Lakin kapitanın zərbəsini qolkiper dəf edib. 50-ci dəqiqədə əvəzlənən Yaovi Akakpo oyunu davam etdirə bilmədiyi üçün əvəzlənib. Hücumlarını davam etdirən komandamız ardıcıl qol imkanları yaradıb. Asif Məmmədovun yaxın, İsnik Aliminin uzaq zərbələrindən sonra hesab açılmayıb. “Qəbələ” ikinci hissənin ortalarında istəyinə çatıb. Rövlanın təxminən 18 metrdən endirdiyi zərbə rəqib futbolçuya toxunaraq qapıdan keçib – 1:0. Qoldan iki dəqiqə keçməmiş komandamız növbəti imkan əldə edib. Amma qapıçı ilə üz-üzə qalan Rafael Utziq dueldən məğlub ayrılıb. Buraxılan qoldan sonra paytaxt təmsilçisi fəallığı artırsa da, “qırmızı-qaralar” təşəbbüsü əldən verməyib. Sürətli hücumların birində Rafael Utziq daha bir qol imkanını əldən verib. “Qəbələ” oyunun sonlarında da meydanda dominantlıq edərək rəqib qapısına daha dörd dəfə yol tapıb. İlk iki qola oyuna sonradan daxil olan futbolçular imza atıb. Asif Məmmədovun ötürməsindən sonra Ülvi İsgəndərov fərqi artırıb. Bu, onun mövsümdə üçüncü qolu olub. Ardınca Ehtiram Şahverdiyev cərimə meydanı daxilindən uzaq küncü nişan alıb. Görüşün sonlarında Rafael Utziq Omar Haninin daban ötürməsini qola çevirib. Matçda son nöqtəni braziliyalının ötürməsini qapayan İsnik Alimi qoyub – 5:0. Mövsümdə ilk böyükhesablı qələbəsini qazanan “Qəbələ” ardıcıl üçüncü dəfə meydanı üç xalla tərk edib. Xal hesabını 10-a çatdıran komandamız turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
(14. Ülvi İsgəndərov, 79)
11. Asif Məmmədov (k)
(7. Ehtiram Şahverdiyev, 86)
28. Murad Musayev
27. Məqsəd İsayev
34. Urfan Abbasov
17. Yaovi Akakpo
(10. Omar Hani, 51)
8. Stefan Vukçeviç
23. Rafael Utziq
5. İsnik Alimi
4. Ruan Renato
Ehtiyat oyunçular:
1. Kristof Atanqana
36. Elməddin Sultanov
6. Kamal Mirzəyev
77. Emil Səfərov
88. Gülağa Əsədov
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”
25. Elxan Əhmədov
3. Turan Manafov
5. Adil Nağıyev
11. Rauf Əliyev (k)
22. Əfran İsmayılov
(7. Mirsayib Abbasov, 73)
6. Cabir Əmirli
19. Ruslan Hacıyev
(17. Elçin Rəhimli, 62)
33. Domantas Şimkus
(10. Cavid Tağıyev, 84)
34. Yurqen Qoxa
32. Nikolas Raysel
77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular:
1. Kamran Ağayev
31. Nail Alışov
8. Elşən Abdullayev
21. Məhəmməd Mirzəbəyov
30. Camal Araqo
2. Elton Əlibəyli
88. Elmir Tağıyev
20. Orxan Fərəcov
38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev