“Qəbələ”dən 500-cü ev qolu
Xəbərlər / 20 Oktyabr 2024 | 19:031720
“Qəbələ”dən 500-cü ev qolu

“Qəbələ” tarixində 500-cü ev qoluna imza atıb. Bu, I Liqanın V turuna təsadüf edib.

 

“Difai” ilə qarşılaşmadakı yeganə qolun müəllifi Abdullahi Şuaybu yubiley topuna imza atıb.

 

“Qırmızı-qaralar” öz meydanındakı 500-cü qolu 351-ci matçda vurub. Komanda Premyer Liqada 342, kubokda 82, I Liqada 49, avrokuboklarda 27 dəfə qonaqların qapısına yol tapıb.

 

“Qəbələ”nin tarixində ilk ev qolu 2005-ci il sentyabrın 21-də vurulub. I Liqada debüt mövsümünün ilk turunun “Şərur”la görüşündə 8:0 hesabı ilə qalib gələn komandamızın ilk topuna avtoqol müəllifi olan rəqib oyunçu İlqar İbrahimov imza atıb.

 

Qeyd edək ki, I Liqanın cari mövsümünün II turunun “Qaradağ Lökbatan”la səfər qarşılaşmasında (5:0) son topun müəllifi olan Şuaybu klub tarixinin 900-cü və səfərdəki 400-cü qoluna da imza atıb.