«Qəbələ»dən 6 böyükhesablı qələbə
Xəbərlər / 25 Fevral 2020 | 20:42231
«Qəbələ»dən 6 böyükhesablı qələbə

“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. Təmsilçilərimiz 6 böyükhesablı qələbə əldə ediblər. Gənclər Liqasında mübarizə aparan U-19 “Neftçi”nin qonağı olub. Ötən mövsümün çempionu səfərdən bir xalla ayrılıb. U-17-nin “Səbail”lə səfər qarşılaşmasında da eyni nəticə qeydə alınıb. U-16 səfərdə “Xilə” ilə görüşüb. “Qırmızı-qaralar” 11:1 hesablı qələbə qazanıb. Ev matçına çıxan U-15 “Binə”nin qapısından 4 cavabsız top keçirib. 

Kiçik yaş qruplarından olan komandalarımız isə Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında qüvvəsini sınayır. U-13 Oğuzun UGİM-ini məğlubiyyətə uğradıb – 7:0. Eyni rəqiblə üz-üzə gələn U-12 altı cavabsız qolla üç xal qazanıb. Bu liqada çıxış edən Qəbələ və Mingəçevir UGİM-lərinin görüşündə qalib müəyyənləşməyib – 1:1. “Qəbələ”nin U-11 Liqasındakı rəqibi də Oğuz UGİM-i olub. 14 qolun vurulduğu matçda komandamız üç xal qazanıb – 10:4. Eyni klubların təmsilçiləri U-10 Liqasında da görüşüb. “Qırmızı-qaralar” 8:1 hesablı qələbəyə sevinib.

Qızların Yüksək Liqa yarışında mübarizə aparan “Qəbələ” evdə “Balxurma” ilə qarşılaşıb. Qonaqlar 2:0 hesablı qələbə qazanıb.