«Qəbələ»dən abituriyentlərə mükafat
Xəbərlər / 20 Avqust 2023 | 17:361706
«Qəbələ»dən abituriyentlərə mükafat

Klubumuz növbəti aksiyanı gerçəkləşdirib. Bu, Misli Premyer Liqasının III turunun “Sumqayıt”la oyununun fasiləsində baş tutub.

Qəbələ rayonunun bu yay ali təhsil müəssisələrinə imtahanlarda ən çox bal toplayan 10 abituriyent 

mükafatlandırılıb. Xatun Həşimova, Cabir Qurbanov (hər ikisi 610 bal), Gülnur Abdullayeva (614 bal), Günel Umudalıyeva (620,5 bal), Sami Şirin (625,8 bal), Əli Umarov (629,5 bal), Xədicə İbrahimova (630 bal), Rövşən Ağayev (646 bal), Səbinə Abdullayeva (654,3 bal) və Nurgül Əhmədovaya (673 bal) qiymətli hədiyyə, pul mükafatı və klub atributları verilib. Mükafatları “Qəbələ”nin prezidenti Fariz Nəcəfov və UEFA Gənclər Liqasında çıxış edəcək U-19 komandasının üzvləri təqdim edib.

Xatırladaq ki, bu aksiya klubumuz tərəfindən ənənəvi olaraq hər il keçirilir.