«Qəbələ»dən ardıcıl 6-cı qələbə
Xəbərlər / 1 May 2023 | 20:091967
«Qəbələ»dən ardıcıl 6-cı qələbə

“Qəbələ” – “Səbail” – 4:2

1 may 2023. Saat 17:30. Qəbələ şəhər stadionu, 800 tamaşaçı

Baş hakim: Rauf Allahverdiyev

Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Şirmamed Mamedov

Dördüncü hakim: Kamranbəy Rəhimov

VAR: Fərid Hacıyev

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqələr: Elmir Tağıyev, 35 (qeyri-idman hərəkəti); Matiya Lyuyiç, 39 (qeyri-idman hərəkəti)

Qollar: Ramon Maçado, 21, 90+4; Petro Stasyuk, 38 (ö.q.); Əyyub Allaş, 49 // Ruslan Hacıyev, 69; Mirabdulla Abbasov, 85

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

 

“Qəbələ” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” XXXII turda “Səbail”lə qarşılaşıb. “Qəbələ” şəhər stadionunda baş tutan görüş məhsuldar alınıb.

İlk dəqiqələrdən fəallıq nümayiş etdirən Elmar Baxşıyevin yetirmələri hesabı birinci hissənin ortalarında açıb. Ramon Maçado qonaqların qapısına yol tapıb.

Fasiləyədək hesabdakı fərq artıb. Oyunda hesabı  Petro Stasyuk avtoqol müəllifi olub.

İkinci hissənin startında Əyyub Allaş stadiondakı azarkeşləri sevindirib. Lakin qonaqlar bu toplardan ikisinin əvəzini çıxa bilib. Öncə Ruslan Hacıyev, ardınca Mirabdulla Abbasov fərqi minimuma endirib. Məhsuldar oyunu ilə seçilən “qırmızı-qaralar” matça artırılmış dəqiqələrdə daha bir dəfə fərqlənib. Ramon Maçado dublunu rəsmiləşdirib və qarşılaşmada sön nöqtəni qoyub – 4:2.

Beləliklə, “Qəbələ” ümumilikdə ardıcıl 6-cı qələbəsini qazanıb. Bunlardan dördü çempionat, ikisi kubok matçında qeydə alınıb.

 

 “Qəbələ”

13. Kristof Atanqana

11. Asif Məmmədov (k)

(10. Omar Hani, 60)

34. Urfan Abbasov

27. Məqsəd İsayev

28. Murad Musayev

14. Ülvi İsgəndərov

(23. Rafael Utziq, 60)

91. Ramon Maçado

4. Ruan Renato

97. Felipe Santos

(77. Emil Səfərov, 60)

6. Feras Abu Akal

9. Əyyub Allaş

(7. Rövlan Muradov, 84)

 

Ehtiyat oyunçular:

 

1. Səlahət Ağayev

36. Elməddin Sultanov

2. İlkin Qırtımov

33. Hüseyn Mürsəlov

16. Nicat Əliyev

17. Yaovi Akakpo

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Səbail”

1. Emil Balayev

10. Ağabala Ramazanov (k)

(7. Ruslan Hacıyev, 46)

2. Adil Nağıyev

96. İlkin Muradov

8. Elmir Tağıyev

(6. Cabir Əmirli, 38)

99. David Qomis

(11. Qoba Zakpa, 70)

30. Franko Mazurek

(9. Mirabdulla Abbasov, 46)

88. Matiya Lyuyiç

5. Petro Stasyuk

23. Qustavo de Fransa

4. Maksim Çex

(27. Emil Martinov, 70)

 

Ehtiyat oyunçular:

 

12. Hüseynəli Quliyev

14. Rahid Əmirquliyev

15. Vüqar Həsənov

3. Turan Manafov

17. Rafael Məhərrəmli

22. Samir Abdullayev

21. Kizito Luvaqa

 

Baş məşqçi: Şahin Diniyev