«Qəbələ»dən ardıcıl ikinci qələbə
Xəbərlər / 14 Avqust 2022 | 20:32147
«Qəbələ»dən ardıcıl ikinci qələbə

“Qəbələ” – “Şamaxı” – 3:1

14 avqust 2022. Saat 18:20. Qəbələ şəhər stadionu, 1200 tamaşaçı

Baş hakim: Fərid Hacıyev

Baş hakimin köməkçiləri: Rəhman İmami, Kamran Bayramov

Dördüncü hakim: Emin Əliyev

Hakim-inspektor: Orxan Məmmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Zeynal Zeynalov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Sarı vərəqələr: Ruan Renato, 61 (qeyri-idman hərəkəti) // Rəhman Daşdəmirov, 39 (qeyri-idman hərəkəti); Rauf Hüseynli, 42 (qeyri-idman hərəkəti)

Qollar: Rövlan Muradov, 8; Murad Musayev, 10; Felipe Santos, 20 // Amil Yunanov, 56

Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq.

 

Misli Premyer Liqasında II turun son oyun gününə start verilib. “Qəbələ” günün ilk matçında “Şamaxı”nı qəbul edib. Qəbələ şəhər stadionundakı matç “qırmızı-qaralar”ın cari çempionatda ilk ev sınağı olub.

Baş məşqçi Elmar Baxşıyev ötən turun “Turan Tovuz”la qarşılaşması ilə müqayisədə start heyətində dəyişiklik etməyib. Görüşə qonaqlar daha fəal başlayıb. Rəqibin təşəbbüsə yiyələnmək cəhdlərinin inamla alan “Qəbələ” ilk hücumda hesabı açıb. Rafael Utziqdən ötürmə alan Felipe Santos cərimə meydanında irəliləyərək qapı xəttinin üzərindən topu çərçivənin qarşısına göndərib. Rövlan Muradovun baş zərbəsi isə dəqiq olub – 1:0. İlk qolun müəllifi cəmi iki dəqiqə sonra assistlə fərqlənib. Onun künc zərbəsindən sonra Murad Musayev fərqi artırıb. Buraxılan qollardan sonra “Şamaxı” dönüş yaratmağa çalışsa da, qapısında daha bir top görüb. Rəqib qapıçının ötürməsini ələ keçirən Felipe Santos bu imkanı qaçırmayıb – 3:0. Qarşılıqlı hücumlarla davam edən ilk yarının sonlarında braziliyalı dubla da yaxın olub. Amma onun zərbəsini qolkiper dəf edib.

İkinci hissəyə “Qəbələ” üstünlüyə yiyələnməyə çalışıb. Şamaxının eyniadlı təmsilçisi isə əks-hücumlara üstünlük verib. Belə həmlələrin birində qonaq komanda fərqi azalda bilib. “Qırmızı-qaralar”ın heyətində Felipe Santos və Ramon Maçadonun cərimə meydanına daxil olmaq cəhdləri yaddaqalan olub. Oyunda dönüş yaratmağa çalışan qonaqlar daha çox hücum edib. Amma rəqibin həmlələrinin qarşısını etibarlı müdafiə xətti alıb. Bir neçə dəfə oyuna daxil olan Səlahət Ağayev də inamlı oynayıb. Hissənin sonlarında Emil Səfərov fərqi üç topa çatdırmaq imkanını qaçırıb. Beləliklə, “Qəbələ” mövsümün startında ardıcıl ikinci qələbəsini qazanıb.

 

 

 

“Qəbələ”

1. Səlahət Ağayev

11. Asif Məmmədov (k)

(10. Omar Hani, 58)

2. İlkin Qırtımov

(91. Ramon Maçado, 58)

27. Məqsəd İsayev

28. Murad Musayev

7. Rövlan Muradov

4. Ruan Renato

5. İsnik Alimi

23. Rafael Utziq

(77. Emil Səfərov, 81)

97. Felipe Santos

(14. Ülvi İsgəndərov, 58)

6. Feras Abu Akal

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

33. Hüseyn Mürsəlov

20. Rauf Rüstəmli

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Şamaxı”

12. Əkpər Vəliyev

(1. Rəşad Əzizli, 14)

10. Elvin Məmmədov (k)

9. Amil Yunanov

(27. İbrahim Aslanlı, 87)

8. Kamal Mirzəyev

(7. Asim Əlizadə, 66)

55. Adil Nağlyev

16. Fuad Bayramov

70. Bahadur Həziyev

5. Rəhman Daşdəmirov

2. Rauf Hüseynli

(22. Elçin Mustafayev, 87)

11. Kamran Quliyev

(21. Qurban Səfərov, 46)

83. Nihad Quliyev

 

Ehtiyat oyunçular:

 

88. Bəhruz Teymurov

17. Elçin Rəhimli

4. Arsen Ağcabəyov

77. Samir Qurbanov

14. Uğur Cahangirov

 

Baş məşqçi: Vüqar Əsgərli