“Araz-Naxçıvan” – “Qəbələ” – 0:1
Prins Ovusu, 38
2025/26 mövsümünün ikinci hissəsinə hazırlığı davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.
2026-cı ilin ilk matçında “Kəpəz”ə 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın ikinci rəqibi “Araz-Naxçıvan” olub. Qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub.
Matçın taleyini bir qol həll edib. İlk yarının sonlarında komandamız fərqlənib. Prins Ovusu rəqib qapısına yol tapıb.
Qeyd edək ki, “Qəbələ” qış hazırlıq prosesi çərçivəsində sonuncu matçını yanvarın 18-də keçirəcək. Komandamızın rəqibi “Baku Sportinq” olacaq.