“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçirib. Təmsilçilərimiz AFFA-nın təşkil etdiyi liqalarda qüvvəsini sınayıb.
Gənclər Liqasında mübarizə aparan U-19 “Keşlə” üzərində böyükhesablı qələbə qazanıb – 4:1. “Qəbələ” 14 oyundan sonra 34 xalla yarışın lideridir.
U-16 səfərdə “Neftçi” İK İB-i bir qolla məğlub edib. 15 oyunda 26 xal toplayan komanda 6-cı yerdədir.
“Sabah”ın qonağı olan U-15 səfərdən bir xalla dönüb – 1:1. 17 matçda 34 xal toplayan “Qəbələ” 3-cü pillədə qərarlaşıb.
Şimal-Qərb və Qarabağ zonasında lideri olan U-14 ardıcıl 7-ci qələbəsini qazanıb. “Gənclik” (Şəki) ilə qarşılaşan komandamız 8:1 hesablı qələbə qazanıb.