«Qəbələ»dən böyükhesablı qələbə
Xəbərlər / 27 Fevral 2022 | 21:09208
«Qəbələ»dən böyükhesablı qələbə

“Sumqayıt” – “Qəbələ” – 0:4

27 fevral 2022. Saat 19:15. “Kapital Bank Arena”, 700 tamaşaçı

Baş hakim: Vüqar Həsənli

Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Rəhman İmami

Dördüncü hakim: Fərid Hacıyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Sarı vərəqələr: Murad Xaçayev, 68 (qeyri-idman hərəkəti) // Məqsəd İsayev, 65 (qeyri-idman hərəkəti)

Qollar: Rafael Utziq, 2; Ruan Renato, 39; Rövlan Muradov, 41; Murad Musayev, 68

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

 

Azərbaycan Premyer Liqasında XVII tura start verilib. Turun ilk günündə iki matç keçirilib. “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Oyun “Kapital Bank Arena”da baş tutub.

Görüş “qırmızı-qaralar”ın hücumları ilə başlayıb. Bu da erkən qolla nəticələnib. Rafael Utziq artıq 2-ci dəqiqədə hesabı açıb. Bu qoldan sonra da hücumlarını davam etdirən “Qəbələ” topa daha çox nəzarət edib. Bu üstünlük yalnız hissənin sonlarında hesabın dəyişməsinə səbəb olub. Ruan Renato və Rövlan Muradov üç dəqiqəyə iki dəfə rəqib qapısına yol tapıb – 3:0.

Matçın taleyini ilk yarıda həll edən “Qəbələ” fasilədən sonra nisbətən az hücum qurub. Lakin “qırmızı-qaralar”ın azsaylı həmlələri daha kəsərli olub. Bir neçə dəfə fərqi artırmağa yaxın olan komandamız hissənin ortalarında 4-cü qolu vurub. Murad Musayev meydan sahiblərinin qapısına yol tapıb. Qəbələnin eyniadlı təmsilçisi fərqi beş topa çatdırmaq üçün bir neçə əlverişli imkan əldə etsə də, hesab dəyişməyib. Beləliklə, “Qəbələ” “Sumqayıt”la səfər matçında 4:0 hesablı qələbə qazanıb.

 

“Sumqayıt”

13. Aydın Bayramov

17. Murad Xaçayev

6. Vüqar Mustafayev (k)

10. Rəhim Sadıxov

7. Tellur Mütəllimov

9. Əli Qurbani

(24. Elşən Abdullayev, 55)

2. Dmitro Nağıyev

4. Höccət Haqverdi

78. Araz Abdullayev

(19. Xəzər Mahmudov, 73)

5. Camaləddin Xocaniyazov

8. Səbuhi Abdullazadə

(11. Rüfət Abdullazadə, 46)

 

Ehtiyat oyunçular:

 

25. İlnur Valiev

3. Vurğun Hüseynov

18. Süleyman Əhmədov

60. Elvin Məmmədov

33. Eltun Turabov

74. Yusif Nəbiyev

15. Vüqar Bəybalayev

20. Ayxan Süleymanlı

 

Baş məşqçi: Aleksey Baqa

 

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

(14. Ülvi İsgəndərov, 71)

28. Murad Musayev

27. Məqsəd İsayev

34. Urfan Abbasov (k)

8. Stefan Vukçeviç

(6. Kamal Mirzəyev, 82)

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

9. Fernan Lopes

(24. Patrik Robson, 60)

 

Ehtiyat oyunçular:

 

1. Kristof Atanqana

36. Elməddin Sultanov

11. Asif Məmmədov

7. Ehtiram Şahverdiyev

2. Samet Karakoç

77. Emil Səfərov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

33. Hüseyn Mürsəlov

 

Baş məşqçi: Elmar Baxşıyev