«Qəbələ»dən böyükhesablı qələbə
Xəbərlər / 22 Noyabr 2022 | 17:351457
«Qəbələ»dən böyükhesablı qələbə

“Qəbələ” – “Araz Naxçıvan” – 5:0

AK 1/8 final

22 noyabr 2022. Saat 15:00. Qəbələ şəhər stadionu, 450 tamaşaçı

Baş hakim: Kamranbəy Rəhimov

Baş hakimin köməkçiləri: Asiman Əzizli, Şirmamed Mamedov

Dördüncü hakim: Namiq Bəkirov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqə: Pərvin Rüstəmov, 90+1 (qeyri-idman hərəkəti)

Qollar: Məqsəd İsayev, 30; Ramon Maçado, 56; İsnik Alimi, 60; Felipe Santos, 63; Ülvi İsgəndərov, 74

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 2 dəq.

 

Azərbaycan kubokunda 2022/23 mövsümünə start verilib. “Qəbələ” 1/8 finalda “Araz Naxçıvan”la qarşılaşıb. Oyun Qəbələ şəhər stadionunda baş tutub.

“Qırmızı-qaralar” Misli Premyer Liqasının “Sabah”la görüşü ilə müqayisədə meydana dörd dəyişikliklə çıxıb. Kristof Atanqana, Asif Məmmədov, Andrey Strijak və Ülvi İsgəndərov start heyətdə yer alıb. Onlar Səlahət Ağayev, Emil Səfərov, Ramon Maçado və Feras Abu Akalı əvəzləyib.

Oyun “Qəbələ”nin üstünlüyü ilə keçib. I divizion təmsilçisinin qapısına çoxsaylı hücumlar təşkil edən “qırmızı-qaralar” yalnız 29-cu dəqiqədə hesabı açıb. Məqsəd İsayev qonaqların qapısına yol tapıb. Komandamız ikinci hissədə üstünlüyünü artırmağa müvəffəq olub. “Qəbələ” fasilədən sonra daha 4 qol vurub. Ramon Maçado, İsnik Alimi, Felipe Santos və Ülvi İsgəndərov hərəyə bir dəfə fərqlənib. Beləliklə, ev oyununda 5:0 hesablı qələbə qazanan “Qəbələ” 1/4 finala yüksəlib.

Xatırladaq ki, “qırmızı-qaralar” 1/4 finalda “Qarabağ”la görüşəcək. Dekabrın 8-9-da keçiriləcək ilk oyunu səfərdə keçirəcək “qırmızı-qaralar” ayın 19-20-də cavab matçını evdə çıxacaq.

 

 “Qəbələ”

 

13. Kristof Atanqana

11. Asif Məmmədov (k)

(10. Omar Hani, 65)

2. İlkin Qırtımov

27. Məqsəd İsayev

(33. Hüseyn Mürsəlov, 65)

28. Murad Musayev

(34. Urfan Abbasov, 75)

14. Ülvi İsgəndərov

7. Rövlan Muradov

(91. Ramon Maçado, 46)

4. Ruan Renato

5. İsnik Alimi

97. Felipe Santos

8. Andrey Strijak

(6. Feras Abu Akal, 46)

 

Ehtiyat oyunçular:

 

36. Elməddin Sultanov

88. Gülağa Əsədov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

70. Fərid İsgəndərov

16. Nicat Əliyev

 

Baş məşqçi: Elmar Baxşıyev

 

 

 

“Araz Naxçıvan”

 

96. Elməddin Məmmədov (k)

5. Vadim Abdullayev

7. Fərid Kərimzadə

(11. Bayraməli Qurbanov, 62)

26. Elvin Dəmirov

(10. Orxan Əliyev, 62)

8. Nəbi Məmmədov

(88. Tuqay Əlizadə, 79)

6. Xəyal Tomarov

85. Seymur Rəhimov

(27. Əsgər Hüseynov, 68)

66. Pərvin Rüstəmov

44. Həzrət İsayev

4. Ege Atlam Adnan

19. De Saboa İv Lüsyen

(60. Sohrab Faxrabadi, 62)

 

Ehtiyat oyunçular:

 

1. Vüsal Şabanov

25. Afiq Musayev

77. Elvin Rzayev

52. Emil Bayramov

17. Ayxan Həsənov

21. Nihad Həsənov

3. Əbil Əbilov

 

Baş məşqçi: Azər Bağırov