“Qəbələ”dən böyükhesablı qələbə
Xəbərlər / 28 Avqust 2024 | 20:183706
“Qəbələ”dən böyükhesablı qələbə

“Cəbrayıl” – “Qəbələ” – 1:4

Asif Məmmədov, Ürfan İsmayılov, Domi Jaures, Sənan Ağalarov

 

“Qəbələ” növbəti yoxlama oyununu keçirib. Kaxaber Tsxadadzenin yetirmələri yeni mövsümə hazırlıq çərçivəsində “Cəbrayıl”la üz-üzə gəlib.

 

Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matç “qırmızı-qaralar”ın üstünlüyü ilə keçib. “Qəbələ” paytaxtda keçirilən görüşdə böyükhesablı qələbə qazanıb – 4:1. Komandamızın qollarına Asif Məmmədov, Ürfan İsmayılov, Domi Jaures və Sənan Ağalarov imza atıblar.

 

Qeyd edək ki, bu, “qırmızı-qaralar”ın mövsümə hazırlıq çərçivəsində 5-ci sınağı olub. Küveyt təmsilçisi "Əl-Yarmuk"la heç-heçə (2:2) edən komandamız “Zaqatala” (2:0), “Cəbrayıl”a (5:2) və “Mingəçevir”ə (4:0) qalib gəlib.