“Qəbələ”dən böyükhesablı qələbə
Xəbərlər / 19 Fevral 2025 | 15:57393
“Qəbələ”dən böyükhesablı qələbə

MOİK – “Qəbələ” – 0:4

18 fevral 2025. Saat 14:00. Binə qəsəbə stadionu. 70 tamaşaçı

Baş hakim: Səbuhi Bayramov

Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov

Dördüncü hakim: Alik Yunusov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Elman Musayev

Sarı vərəqələr: Əzəmət Ələkbərli, 23 (qeyri-idman hərəkəti) // Şahin

Şahniyarov, 59 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kaxaber Tsxadadze, 54 (hakimin qərarına

etiraz)

Qollar: Elşad Tağıyev, 20; Oçe Oçoveçi, 59; 76; Domi Massumo, 74

Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - yoxdur

 

Bu gün I Liqada XV tura start verilib.

 

“Qəbələ” səfərdə MOİK-lə qarşılaşıb. Oyun Binə qəsəbə stadionunda keçirilib.

 

Matç “qırmızı-qaralar”ın üstünlüyü ilə keçib. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda ilk yarının ortalarında hesabı açıb. Elşad Tağıyev meydan sahiblərinin qapısına yol tapıb.

 

İkinci hissədə “Qəbələ” daha üç qol vurub. Öncə Oçe Oçoveçi fərqlənib – 2:0. Hissənin ikinci yarısında Domi Massoumou fərqi 3 topa çatdırıb. Bu qoldan iki dəqiqə sonra Oçe dublunu rəsmiləşdirib – 4:0.

 

Beləliklə, komandamız ardıcıl 3-cü qələbəsini qazanıb. Bu, həm də I Liqada ardıcıl 7-ci səfər qələbəsi olub. 15 turdan sonra hesabında 39 xal olan “qırmızı-qaralar” yarışın lideridir.

 

Qeyd edək ki, “Qəbələ” XVI turda “Karvan”ı qəbul edəcək. Fevralın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək görüş 15:00-da start götürəcək. Qarşılaşma Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.

 

MOİK

32. Murad Ağamalıyev

77. Cavid Tağıyev

(17. Sabir Allahquliyev, 74)

22. Ülvi İbazadə

97. Fərid Abbaslı

15. Nihad Tamazov

19. Əzəmət Ələkbərli

(13. Elton Əlibəyli, 61)

10. İbrahim Əliyev

5. Nihad Qurbanlı (k)

23. Vüsal Əsgərov

(55. Nizami Səmədov, 82)

16. Tural Axverdiyev

(8. Ramil Orucov, 46)

6. Rüstəm Hümbətov

(44. Əli Nəcəfli, 82)

Ehtiyat oyunçular:

1. Zeynal Əhmədzadə

66. İlqar Nuruşov

9. Cavidan Abbaszadə

11. Balamirzə Soltanov

18. Mirəli Əhmədov

20. Nurlan Bayramov

Baş məşqçi: Qəzənfər Abbasov

“Qəbələ”

1. Səlahət Ağayev

28. Murad Musayev (k)

8. Urfan İsmayılov

(6. Emil Süleymanov, 71)

97. Elşad Tağıyev

13. Nicat Əliyev

19. Abdullahi Şuaybu

(20. Oçe Oçoveçi, 46)

74. Süleyman Damadayev

(25. İbrahim Ramazanov, 88)

5. Samir Həsənov

14. Domi Massumo

(21. Ziya Şəkərxanov, 88)

66. Nuğay Rəşidov

10. Şahin Şahniyarov

Ehtiyat oyunçular:

12. Müşfiq Nadirov

94. Həbib Hüşənov

11. Asif Məmmədov

22. Fərid İsgəndərov

26. Elnur Mustafayev

 

Baş məşqçi: Kaxaber Tsxadadze