“Qəbələ”dən böyükhesablı qələbə
Xəbərlər / 15 May 2025 | 17:5515029
“Qəbələ”dən böyükhesablı qələbə

“Qəbələ” – “Zaqatala” – 4:0

15 may 2025. Saat 16:00. Qəbələ şəhər stadionu. 350 tamaşaçı

Baş hakim: Emin Əliyev

Baş hakimin köməkçiləri: Orxan İbişov, Rizvan Süleymanov

Dördüncü hakim: Nəriman Ağayev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Sarı vərəqələr: Şahin Şahniyarov, 35 (qeyri-idman hərəkəti); Elvin Yunuszadə, 47

(qeyri-idman hərəkəti); Ruslan Voronsov, 59 (qeyri-idman hərəkəti) // Roini İsmayılov,

59 (qeyri-idman hərəkəti); Sərxan Abdullayev, 81 (qeyri-idman hərəkəti)

Qollar: Domi Massumo, 29; 54; Abdullahi Şuaybu, 39; Elşad Tağıyev, 80

Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - yoxdur.

 

“Qəbələ” növbəti oyununu keçirib.

 

“Qırmızı-qaralar” I Liqanın XXVI turunda “Zaqatala” ilə görüşüb. Matç Qəbələ şəhər stadionunda baş tutub.

 

Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda mövsümün son ev görüşündə qələbə qazanıb. İlk yarının ortalarında Domi Massoumo heabı açıb. Hissənin sonlarında Abdullahi Şuaybu fərqi iki topa çatdırıb.

 

İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Üstünlüyə sahib olan “Qəbələ” 3-cü qola sevinib. Domi mövsümdə 15-ci qolunu vurmaqla bombardirlər yarışında liderliyə yüksəlib. Qarşılaşmanın sonlarında Elşad Tağıyev fərqi dörd topa çatdırıb.

 

Beləliklə, “Qəbələ” “Zaqatala” üzərində böyükhesablı qələbə qazanıb – 4:0. Çempionluğu öncədən təmin edən komandamız bununla da xallarının sayını 64-ə çatdırıb.

 

Qeyd edək ki, “qırmızı-qaralar” mayın 22-23-də keçiriləcək sonuncu – XXVII turda “Qaradağ Lökbatan”ın qonağı olacaq.

 

“Qəbələ”

1. Səlahət Ağayev

32. Elvin Yunuszadə

28. Murad Musayev (k)

9. Ruslan Voronsov

(97. Elşad Tağıyev, 60)

8. Urfan İsmayılov

(6. Emil Süleymanov, 76)

13. Nicat Əliyev

19. Abdullahi Şuaybu

74. Süleyman Damadayev

14. Domi Massumo

(21. Ziya Şəkərxanov, 76)

66. Nuğay Rəşidov

(44. Salman Ələsgərov, 85)

10. Şahin Şahniyarov

(11. Asif Məmmədov, 60)

Ehtiyat oyunçular:

12. Müşfiq Nadirov

94. Həbib Hüşənov

22. Fərid İsgəndərov

5. Samir Həsənov

25. İbrahim Ramazanov

26. Elnur Mustafayev

Baş məşqçi: Kaxaber Tsxadadze

“Zaqatala”

1. İvan Markov

9. Asim Babazadə

77. Sərxan Abdullayev

8. Roini İsmayılov (k)

(19. Yusif Dilanov, 69)

55. Mətin Qəhrəmani

14. Davud Mahmudov

(11. Aşqin Abazərov, 46)

27. Mahmud Məmmədov

99. Cəlal Cəbrayılov

24. Cavad Qurbanlı

20. Nemət Şıxəmirov

15. Jan Pol Assumu

(17. Stenli Okezi, 73)

Ehtiyat oyunçular:

66. Sərdar Sərdari

44. İbrahim Məmmədov

Baş məşqçi: Rüstəm Məmmədov