“Qəbələ”dən böyükhesablı qələbə
Xəbərlər / 22 May 2025 | 19:5514747
“Qəbələ”dən böyükhesablı qələbə

“Qaradağ Lökbatan” – “Qəbələ” – 0:3

22 may 2025. Saat 17:00. Lökbatan OİK stadionu. 70 tamaşaçı

Baş hakim: Kamran Əliyev

Baş hakimin köməkçiləri: Elman Kərimov, Vüqar Bayramov

Dördüncü hakim: Niyaz Əhmədov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Asif Əliyev

Sarı vərəqələr: Nurlan Novruzov, 67 (qeyri-idman hərəkəti); Fərid Mahmudov,

77 (qeyri-idman hərəkəti)

Qollar: Abdullahi Şuaybu, 63; Salman Ələsgərov, 84; Domi Massumo, 87 (p.)

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - yoxdur

 

“Qəbələ” növbəti oyununu keçirib.

 

“Qırmızı-qaralar” 2024/25 mövsümündəki son matçına səfərdə çıxıb. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda I Liqanın XXVII turunda “Qaradağ Lökbatan”la görüşüb.

 

Premyer Liqaya vəsiqə və çempionluğu öncədən təmin edən “Qəbələ” mövsümün son görüşündə də qalib gəlib. Komandamız meydan sahiblərinin müqavimətini ikinci hissədə qırıb.

 

Öncə Abdullahi Şuaybu hesabı açıb. Bu, hücumçunun mövsümdə 9-cu qolu olub. Görüşün sonlarında “Qəbələ” daha iki dəfə fərqlənib. Salman Ələsgərov fərqi iki topa çatdırıb.

 

Domi Massumo isə penaltidən dəqiq yararlanıb. I Liqanın bombardiri bununla da qollarının sayını 16-ya çatdırıb.

 

Bununla da “qırmızı-qaralar” mövsümə böyükhesablı qələbə ilə yekun vurub – 3:0. I Liqanın çempionu yarışı 67 xalla tamamlayıb.

 

Qeyd edək ki, I Liqada mövsümə sabah yekun vurulacaq.

 

“Qaradağ Lökbatan”

1. Əli Kərimov

9. Nurlan Novruzov

88. Tunar Mütəlimov

(21. İsa İsayev, 70)

6. Coşqun Əsədzadə

(44. Xəyyam Hüseynov, 55)

5. Fərid Nadirov (k)

22. Fərid Mahmudov

14. Hüseyn Hüseynli

27. Cavidan Rəhimli

17. Ramin Məhərrəmli

(8. Təmraz Əmircanov, 46)

15. Fuad Əhmədov

47. Arif İsrafilbəyov

(3. Səttar Hacıyev, 76)

Ehtiyat oyunçular:

25. İlnur Valiev

10. Araz Abdullayev

7. Bahadur Həziyev

Baş məşqçi: Fərid Məmmədov

 

“Qəbələ”

94. Həbib Hüşənov

32. Elvin Yunuszadə

9. Ruslan Voronsov

(97. Elşad Tağıyev, 56)

44. Salman Ələsgərov

13. Nicat Əliyev (k)

19. Abdullahi Şuaybu

(22. Fərid İsgəndərov, 72)

74. Süleyman Damadayev

(25. İbrahim Ramazanov, 75)

14. Domi Massumo

66. Nuğay Rəşidov

(26. Elnur Mustafayev, 56)

6. Emil Süleymanov

(21. Ziya Şəkərxanov, 72)

10. Şahin Şahniyarov

Ehtiyat oyunçular:

12. Müşfiq Nadirov

28. Murad Musayev

8. Urfan İsmayılov

Baş məşqçi: Kaxaber Tsxadadze