“Qəbələ”dən böyükhesablı səfər qələbəsi
Xəbərlər / 19 Sentyabr 2024 | 18:00120
“Qəbələ”dən böyükhesablı səfər qələbəsi

"Qaradağ Lökbatan" - "Qəbələ" -  0:5

19 sentyabr 2024. Saat 16:00. Lökbatan OİK stadionu. 150 tamaşaçı

Baş hakim: Səbuhi Bayramov

Baş hakimin köməkçiləri: Asiman Əzizli, Tərlan Talıbzadə

Dördüncü hakim: Sənan Bayramzadə

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Sarı vərəqə: Vüqar Həsənov, 86

Qırmızı vərəqə: Tunar Mütəlimov, 51 (rəqibi aşkar qol vurmadan məhrum etdiyi üçün)

Qollar: Domi Massoumou, 11; 38; Fərid Nadirov, 16 (ö.q.); Eşqin Əhmədov, 47; Abdullahi Şuaybu, 51

Artırılan vaxt: I hissədə - 1 dəq.;  II hissədə - yoxdur

 

“Qəbələ” I Liqada növbəti oyununu keçirib. “Qırmızı-qaralar” II turun son günündə "Qaradağ Lökbatan"la qarşılaşıb. Bu, komandamızın mövsümdə ilk səfər görüşü olub.

 

Baş məşqçi Kaxaber Tsxadadze ötən turla müqayisədə start heyətində heç bir dəyişiklik etməyib. Matçın əvvəlindən üstünlüyü ələ alan “Qəbələ” ardıcıl hücumlar qurub. Çoxsaylı qol epizodları yaradan “qırmızı-qaralar” 11-ci dəqiqədə istəyinə çatıb. Domi Massoumou komandamızın mövsümdə ilk qoluna imza atıb. 5 dəqiqə sonra “Qəbələ”nin cinah ötürməsi Fərid Nadirovun avtoqolu ilə yekunlaşıb. Hücumlarına ara verməyən “qırmızı-qaralar” fasiləyədək daha bir dəfə fərqlənib. Rəqib qapısına yol tapan Domi Massoumou dublunu rəsmiləşdirib.

 

İkinci hissə də “Qəbələ”nin hücumları ilə başlayıb. Eşqin Əhmədov fasilədən az sonra fərqi dörd topa çatdırıb. Ardınca Abdullahi Şuaybu penalti zərbəsini qola çevirib. Bu topdan sonra da hücumlarını davam etdirən komandamızın yeni transferləri Elşad Tağıyev və Oçe Oçoveçi də debüt şansı qazanıblar. İkinci hissədə daha bir futbolçu – Vüqar Həsənov da “qırmızı-qara” forma ilə ilk görüşünü keçirib. Görüşün son dəqiqələrini qədər hücumlarını davam etdirən “Qəbələ” təhlükəli epizodlar yaratsa da, hesab dəyişməz qalıb. Beləliklə, komandamız mövsümdə ilk qələbəsini 5 cavabsız qolla qazanıb – 5:0.

 

Qeyd edək ki, III turun oyunları sentyabrın 25-27-də keçiriləcək. “Qəbələ” öz meydanında “Mingəçevir”lə üz-üzə gələcək.

 

“Qaradağ Lökbatan”

 

90. Əli Kərimov

88. Tunar Mütəlimov

7. Ceyhun Muxtarlı (k)

5. Fərid Nadirov

14. Hüseyn Hüseynli

9. İbrahim Camalov

(11. Ağabəkir Həşimli, 46)

77. Samir Qurbanov

(3. Ömər Məmmədzadə, 82)

15. Hüseyn Novruzov

(21. İsa İsayev, 46)

8. Hüseyn Əliyev

44. Xəyyam Hüseynov

4. Asif Məmmədov

 

Ehtiyat oyunçular:

 

6. Coşqun Əsədzadə

22. Fərid Mahmudov

17. Ramin Məhərrəmli

 

Baş məşqçi: Azər Həşimov

 

“Qəbələ”

 

1. Səlahət Ağayev (k)

32. Elvin Yunuszadə

8. Urfan İsmayılov

(6. Emil Süleymanov, 75)

13. Nicat Əliyev

19. Abdullahi Şuaybu

(11. Asif Məmmədov, 58)

74. Süleyman Damadayev

(4. Vüqar Həsənov, 69)

5. Samir Həsənov

14. Domi Massoumou

(97. Elşad Tağıyev, 58)

23. Mehrac Baxşalı

(20. Oçe Oçoveçi, 58)

10. Şahin Şahniyarov

27. Eşqin Əhmədov

 

Ehtiyat oyunçular:

 

12. Müşfiq Nadirov

7. Loren Mendi

22. Fərid İsgəndərov

66. Nuğay Rəşidov

26. Elnur Mustafayev

 

Baş məşqçi: Kaxaber Tsxadadze