“Şamaxı” – “Qəbələ” – 0:4
24 yanvar 2026. Saat 14:00. Şamaxı şəhər stadionu, 900 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Rəhman İmami, Teymur Teymurov
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqə: Rüfət Abbasov, 88 (qeyri-idman hərəkəti)
Qollar: Domi Massumo, 45; İsaak Amoah, 47; İsmael Akinade, 81; Fərid İsgəndərov, 90+4
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.
“Qəbələ” 2026-cı ildə ilk rəsmi oyununu keçirib.
“Qırmızı-qaralar” Misli Premyer Liqasının XVII turunda “Şamaxı” ilə görüşüb. Komandamızın qış fasiləsindən sonra keçirdiyi ilk matç Şamaxı şəhər stadionunda baş tutub.
Qarşılıqlı hücumlarla keçən ilk yarıda bir neçə qol vəziyyəti yaradan “Qəbələ” fasilə ərəfəsində hesabı açıb. Domi Massoumou rəqib qapısına yol tapıb. Bu, konqolu yarımmüdafiəçinin “qırmızı-qaralar”ın heyətində 22-ci qolu olub.
İkinci hissə qolla başlayıb. Şahin Şahniyarovun cərimə zərbəsindən ötürdüyü topu İsaak Amoah dəqiq zərbə ilə qapayıb. Qanalı müdafiəçi bununla da “Qəbələ”də qol hesabını açıb.
Görüşün sonlarında komandamız daha bir dəfə fərqlənib. Debüt matçına çıxan İsmaheel Akinade meydan sahiblərinin qapısına yol tapıb.
Uzatma dəqiqələrində isə Fərid İsgəndərov qapıçı ilə üz-üzə qaldığı epizodu qola çevirib. Beləliklə, “Qəbələ” 2026-cı ilə böyükhesablı səfər qələbəsi ilə başlayıb – 4:0.
Qeyd edək ki, “qırmızı-qaralar” XVIII turun görüşünə yanvarın 30-da çıxacaq. “İmişli” ilə Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.
“Şamaxı”
1. Rikardo Fernandes
17. Rafael Məhərrəmli (k)
(6. Antonio Lara, 67)
82. Rüfət Abbasov
7. Edqar Adilxanov
9. Karim Rossi
(21. Bilal İsmayılov, 85)
10. Andrey Tirkoveanu
(19. Abdullahi Şuaybu, 67)
13. Rikardo Apolinario
(97. Oruc Məmmədov, 80)
11. Dioqo Balau
(48. Ramiz Muradov, 80)
4. Sezar Enrike
44. David Santos
8. Alfons Msanqa
Ehtiyat oyunçular:
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
80. Həbib İsmayılov
27. Emil Süleymanov
14. Ravil Qafarov
3. Vladislav Veremeyev
Baş məşqçi: Ayxan Abbasov
“Qəbələ”
1. Səlahət Ağayev
28. Murad Musayev (k)
66. Nuğay Rəşidov
(13. Nicat Əliyev, 79)
10. Şahin Şahniyarov
(21. Ziya Şəkərxanov, 89)
27. Eşqin Əhmədov
24. İsmael Akinade
33. Seydina Keyta
3. Eduardo Kunde
16. İsaak Amoah
14. Domi Massumo
(70. Paulo Quimbila, 89)
30. Prins Ovusu
(22. Fərid İsgəndərov, 83)
Ehtiyat oyunçular:
94. Həbib Hüşənov
11. Asif Məmmədov
74. Süleyman Damadayev
17. Qədir Ramazanov
Məşqçi: George Çixradze