«Qəbələ»dən ev qələbəsi
Xəbərlər / 21 Noyabr 2021 | 18:19195
«Qəbələ»dən ev qələbəsi

“Qəbələ” – “Sumqayıt” – 2:1

21 noyabr 2021. Saat 16:00. Qəbələ şəhər stadionu, 800 tamaşaçı

Baş hakim: Rəşad Əhmədov

Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Vüsal Məmmədov

Dördüncü hakim: Tural Qurbanov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: Murad Musayev, 54 (qeyri-idman hərəkəti); Nicat Mehbalıyev, 90+3 (oyunun bərpasının ləngidilməsi) // Vüqar Mustafayev, 25 (qeyri-idman hərəkəti); Süleyman Əhmədov, 28 (qeyri-idman hərəkəti); Əli Qurbani, 83 (hakimin qərarına etiraz)

Qırmızı vərəqə: Vurğun Hüseynov, 83 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə)

Qollar: Ülvi İsgəndərov, 65; Rafael Utziq, 67 // Höccət Haqverdi, 80

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.

 

Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub. Turun son matçı Qəbələdə baş tutub. Liderlər qrupunda qərarlaşan “Qəbələ” “Sumqayıt”ı qəbul edib. Ötən turla müqayisədə “qırmızı-qaralar”ın start heyətində bir dəyişiklik olub. Ülvi İsgəndərov “11-lik”dəki yerini Rafael Utziqə verib. Qarşılaşmanın taleyini də məhz bu iki futbolçu həll edib.

Görüş “Qəbələ”nin üstünlüyü ilə keçib. Lakin matçın ilk 45 dəqiqəsi qolsuz başa çatıb. Fasilədən sonra hücumların kəsərini artıran “Qəbələ” üç dəqiqəyə iki qol vurub. Öncə Ülvi İsgəndərov Ruan Renatonun ötürməsindən sonra yaxın məsafədən qapını dəqiq nişan alıb. Az sonra Rövlan Muradovun zərbəsindən sonra qapıçının qaytardığı topu Rafael Utziq tora qovuşdurub. Bu qollardan sonra fəallığı artıran “Sumqayıt” fərqi minimuma endirə bilib. 2:1 hesabı ilə qalib gələn “Qəbələ” 21 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. 

 

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

(77. Emil Səfərov, 78)

11. Asif Məmmədov (k)

(6. Kamal Mirzəyev, 82)

28. Murad Musayev

27. Məqsəd İsayev

34. Urfan Abbasov

8. Stefan Vukçeviç

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

(14. Ülvi İsgəndərov, 60)

 

Ehtiyat oyunçular:

 

36. Elməddin Sultanov

33. Hüseyn Mürsəlov

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Sumqayıt”

1. Tərlan Əhmədli

3. Vurğun Hüseynov (k)

18. Süleyman Əhmədov

(23. Səid Rza, 52)

6. Vüqar Mustafayev

10. Rəhim Sadıxov

7. Tellur Mütəllimov

9. Əli Qurbani

4. Höccət Haqverdi

74. Yusif Nəbiyev

(19. Xəzər Mahmudov, 83)

5. Camaləddin Xocaniyazov

8. Səbuhi Abdullazadə

(11. Rüfət Abdullazadə, 75)

 

Ehtiyat oyunçular:

 

13. Aydın Bayramov

71. Hüseynəli Quliyev

30. Nəbi Məmmədov

2. Dmitro Nağıyev

27. Nihad Ağayev

98. Emil Əliyev

 

Baş məşqçi: Ayxan Abbasov