«Qəbələ»dən ev qələbəsi
Xəbərlər / 19 Fevral 2022 | 17:07198
«Qəbələ»dən ev qələbəsi

“Qəbələ” – “Səbail” – 2:0

19 fevral 2022. Saat 15:00. Qəbələ şəhər stadionu, 800 tamaşaçı

Baş hakim: Rauf Cabarov

Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Müslüm Əliyev

Dördüncü hakim: İnqilab Məmmədov

Hakim-inspektor:  Əmrah İbrahimov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: Rafael Utziq, 73 (qeyri-idman hərəkəti) // Yurqen Qoxa, 4 (qeyri-idman hərəkəti); Camal Araqo, 40 (qeyri-idman hərəkəti); Məhəmməd Mirzəbəyov, 73 (qeyri-idman hərəkəti)

Qollar: Ülvi İsgəndərov, 79; İsnik Alimi, 90+7

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 7 dəq.

Bu gün Azərbaycan Premyer Liqasında XVI tur start götürüb. Turun ilk matçı Qəbələdə baş tutub. “Səbail”i qəbul edən “Qəbələ” çempionatın ikinci yarısında ilk ev oyununa çıxıb. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində iki dəyişiklik edib. İlk dəqiqələrdən meydana çıxan Ruan Renato və Patrik Robson oyuna sonradan daxil olan Asif Məmmədovla cəzalı Fernan Lopesi əvəzləyib.

Qarşılaşma “Qəbələ”nin hücumları ilə başlayıb. İlk dəqiqələrdən təşəbbüsü ələ alan “qırmızı-qaralar” ardıcıl həmlələr təşkil edib. Lakin komandamızın bu üstünlüyü hesabı açmaq üçün yetərli olmayıb. Ruan Renato, Rafael Utziq, Patrik Robson, Rövlan Muradovun zərbələri yaddaqalan olsa da, hesab dəyişməyib. Patrikin zərbəsi zamanı top tirə tuş gəlib. Qonaqlar isə yalnız əks-hücumlarla Nicat Mehbalıyevin qapısına yol tapmağa çalışsa da, müdafiəçilər və qapıçı inamlı oynayıb.

Fasilədən sonra da oyunun ssenarisi dəyişməyib. Təzyiqi artıran meydan sahibləri çoxsaylı qol epizodlarını dəyərləndirməkdə çətinlik çəkib. Elmar Baxşıyev əvəzetmələrlə hücumların kəsərini artırmağa çalışıb. Görüşün taleyini də oyuna sonradan daxil olan Ülvi İsgəndərovla Asif Məmmədovun yaratdığı qol həll edib. Sonuncunun ötürməsindən sonra Ülvi mövsümdə 6-cı qoluna imza atıb. Buraxılan qoldan sonra Bakı klubu məğlubiyyətdən qaçmaq üçün fəallığı artırıb. Qonaqların hücumlarının qarşısını alan komandamız da fərqi artırmağa yaxın olub. Lakin Ülvi İsgəndərov və Emil Səfərov imkanlardan yararlana bilməyib. Uzatma dəqiqələrinin sonunda İsnik Alimi fərqi artırıb. O, Stefan Vukçeviçin ötürməsini qola çevirib. Beləliklə, “Qəbələ” ilin evdəki ilk çempionat oyununda minimal hesabla qələbə qazanıb.

 

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

(11. Asif Məmmədov, 46)

(77. Emil Səfərov, 81)

28. Murad Musayev (k)

7. Ehtiram Şahverdiyev

27. Məqsəd İsayev

8. Stefan Vukçeviç

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

24. Patrik Robson

(14. Ülvi İsgəndərov, 67)

 

Ehtiyat oyunçular:

 

1. Kristof Atanqana

36. Elməddin Sultanov

6. Kamal Mirzəyev

2. Samet Karakoç

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

33. Hüseyn Mürsəlov

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Səbail”

1. Rəşad Əzizli

14. Rahid Əmirquliyev (k)

(70. Elşad Tağıyev, 85)

5. Adil Nağıyev

7. Mirsayib Abbasov

(11. Rauf Əliyev, 78)

6. Cabir Əmirli

10. Cavid Tağıyev

21. Məhəmməd Mirzəbəyov

19. Ruslan Hacıyev

(39. Tural Bayramlı, 74)

34. Yurqen Qoxa

30. Camal Araqo

77. Ədilxan Qarəhmədov

 

Ehtiyat oyunçular:

 

25. Elxan Əhmədov

22. Əfran İsmayılov

88. Elmir Tağıyev

66. İbrahim Aslanlı

15. Ayxan Bədizadə

 

Baş məşqçi: Aftandil Hacıyev