«Qəbələ»dən ev qələbəsi
Xəbərlər / 9 May 2022 | 22:07219
«Qəbələ»dən ev qələbəsi

“Qəbələ” – “Neftçi” – 1:0

9 may 2022. Saat 19:45. Qəbələ şəhər stadionu, 1100 tamaşaçı

Baş hakim: Fərid Hacıyev

Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Eyyub İbrahimov

Dördüncü hakim: Rauf Allahverdiyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqələr: Asif Məmmədov, 30 (qeyri-idman hərəkəti); Kamal Mirzəyev, 75 (qeyri-idman hərəkəti); Murad Musayev, 90+2 (qeyri-idman hərəkəti) // Tiaqo Bezerra, 73 (hakimin qərarına etiraz)

Qol: İsnik Alimi, 74 (p.)

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq. 

 

Azərbaycan Premyer Liqasında XXVI tur başa çatıb. Turun son oyunu Qəbələdə keçirilib. “Qırmızı-qaralar” öz meydanında “Neftçi”ni qəbul edib. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start “11-liy”ində heç bir dəyişikliyə ehtiyac duymayıb. 

Görüşə fəal başlayan “Qəbələ” üstünlüyə yiyələnib. Hissənin ortalarından etibarən komandamız daha çox hücum edib. Rəqib qapısı önündə bir neçə təhlükəli epizod yaradan “qırmızı-qaralar” fasiləyədək hesabı aça bilməyib. Fernan Lopes, Rafael Utziq, Omar Hani və hissənin sonlarında Asif Məmmədovun zərbələri yaddaqalan, lakin qeyri-dəqiq olub. 

İkinci hissəyə də “Qəbələ” daha aktiv başlayıb. İsnik Alimi hesabı açmağa yaxın olsa da, istənilən kimi zərbə endirə bilməyib. Təzyiqi artıran komanda ardıcıl epizodlar yaratsa da, Rafael Utziq, Fernan Lopes və Emil Səfərovun zərbələri uğursuz alınıb. Ardıcıl hücumlar 74-cü dəqiqədə bəhrəsini verib. Rafael Utziqə qarşı qayda pozuntusuna görə təyin olunan penalti zərbəsini İsnik Alimi dəqiq yerinə yetirib. Hesab açıldıqdan sonra Rafael də fərqlənməyə yaxın olub. Görüşün sonluğu qarşılıqlı hücumlarla keçsə də, “qırmızı-qaralar” həm ərazi üstünlüyünü, həm də qələbə hesabını qoruya bilib. Beləliklə, “Qəbələ” 1:0 hesablı qələbə ilə xal aktivini 41-ə çatdırıb.

 

“Qəbələ”

94. Nicat Mehbalıyev

11. Asif Məmmədov (k)

28. Murad Musayev

27. Məqsəd İsayev

34. Urfan Abbasov

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

(14. Ülvi İsgəndərov, 64)

9. Fernan Lopes

(8. Stefan Vukçeviç, 78)

77. Emil Səfərov

(19. Rövlan Muradov, 88)

 

Ehtiyat oyunçular:

 

1. Kristof Atanqana

36. Elməddin Sultanov

7. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

24. Patrik Robson

44. Salman Ələsgərov

12. Rüfət Əhmədov

33. Hüseyn Mürsəlov

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Neftçi”

1. İvan Brkiç

26. Ömər Buludov

8. Emin Mahmudov (k)

(73. Ramin Nəsirli, 86)

19. Azər Salahlı

3. Mamadu Mbodj

(91. Ramon Maçado, 76)

6. Voyislav Stankoviç

24. Yusuf Laval

10. Sezar Meza Kolli

(7. Azər Əliyev, 64)

9. Tiaqo Bezerra

21. İsmayıl Zülfüqarlı

27. Fərid Yusifli

 

Ehtiyat oyunçular:

 

12. Kamran İbrahimov

93. Rza Cəfərov

97. Xəyal Nəcəfov

77. Gilyerme Pato

82. Rüfət Abbasov

 

Baş məşqçi: Samir Abasov