“Qəbələ” - “Fehervar” (Macarıstan) – 2:1
UEFA Konfrans Liqası. II təsnifat mərhələsi, cavab oyunu
28 iyul 2022-ci il. Saat 20:00. Qəbələ şəhər stadionu
Baş hakim: Kristofer Yaqer
Baş hakimin köməkçiləri: Robert Steynaxer, Santino Şreyner
Dördüncü hakim: Markus Hameter (hamısı Avstriya)
Sarı vərəqələr: İsnik Alimi, 10, Ruan Renato, 55, Rövlan Muradov, 69, İlkin Qırtımov, 75 // Attila Fiola, 35, Stopira, 58, Loik Neqo, 80, Artyom Şabanov, 90+4
Qollar: Rövlan Muradov, 34, Felipe Santos, 73 // Budu Zivzivadze, 44
40-cı dəqiqədə Loik Neqo penaltidən yararlana bilməyib.
İlk oyun – 1:4
“Qəbələ” növbəti avrokubok oyununu keçirib. “Qırmızı-qaralar” Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”la cavab oyununa çıxıb. Komandamız Qəbələ şəhər stadionundakı görüşə ilk qarşılaşma ilə müqayisədə bir dəyişikliklə başlayıb. Cəzalı Murad Musayevin yoxluğunda Omar Hani start “11-liy”ində yer alıb.
Oyun “Qəbələ”nin hücumları ilə start götürüb. Daha fəal olan “qırmızı-qaralar” ardıcıl təhlükəli epizodlar yaradıb. Lakin Omar Hani, Rafael Utziq və Felipe Santos çoxsaylı imkanları qaçırıb. Yeni transferimiz daha əlverişli epizodlardan yararlanmayıb. “Qəbələ” hesabı yalnız 34-cü dəqiqədə açıb. Rövlan Muradovun cərimə meydanı xaricindən zərbəsi tora qovuşub. Əks-hücumlara üstünlük verən qonaqlar bir neçə dəfə Səlahət Ağayevi narahat etsə də, yalnız hissənin sonlarında fərqlənib. Macarıstan klubu öncə penaltini qaçırsa da, fasilə ərəfəsində hesaba tarazlıq gətirib.
“Qırmızı-qaralar” ikinci hissədə də rəqib qapısına həmlələr təşkil edib. Belə hücumların birində Ruan Renatonun zərbəsi tirə tuş gəlib. Dominant futbol nümayiş etdirən “Qəbələ” yaratdığı qol imkanlarından yararlanmaqda çətinlik çəkib. Yalnız 73-cü dəqiqədə istəyinə çatan komandamız Felipe Santosun qolu ilə hesabda önə keçib. “Qırmızı-qara” formada ilk dəfə fərqlənən hücumçumuzun bu topu “Qəbələ”yə 2:1 hesablı qələbə qazandırıb. Düzdür, hakimin final fitinə qədər futbolçularımız bu üstünlüyü artırmağa dəfələrlə yaxın olub. Amma oyunçularımız son nöqtəni qoya bilməyib.
“Qəbələ”
1. Səlahət Ağayev
27. Məqsəd İsayev
4. Ruan Renato
2. İlkin Qırtımov
5. İsnik Alimi
6. Feras Abu Akal
11. Asif Məmmədov (k)
(14. Ülvi İsgəndərov, 86)
23. Rafael Utziq
7. Rövlan Muradov
97. Felipe Santos
10. Omar Hani
Ehtiyat oyunçular:
13. Kristof Atanqana-Assimba
36. Elməddin Sultanov
12. Rüfət Əhmədov
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
33. Hüseyn Mürsəlov
44. Salman Ələsgərov
74. Süleyman Damadayev
Baş məşqçi: Elmar Baxşıyev
“Fehervar”
1. Daniel Kovaç
11. Loik Neqo
(29. Zolt Kojnok, 90+3)
13. Artyom Şabanov
22. Budu Zivzivadze
(19. Kenan Kodro, 63)
5. Attila Fiola (k)
55. Marsel Heyster
(65. Silvester Hanqya, 83)
23. Pal Dardai
(7. İvan Petriak, 63)
8. Yevgeni Makarenko
9. Stopira
94. Klaudiu Bumba
(70. Funşo Bamqboyen, 63)
31. Nikola Serafimov
Ehtiyat oyunçular:
42. Emil Rokkov
6. Peter Pokornı
21. Ruben Pintu
26. Mikael Luftner
Baş məşqçi: Mixael Boris