“Qəbələ” – “Sumqayıt” – 1:0
17 sentyabr 2022. Saat 19:00. Qəbələ şəhər stadionu, 800 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Rahil Ramazanov
Dördüncü hakim: Səbuhi Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Rafael Utziq, 85 (qeyri-idman hərəkəti); Ruan Renato, 90+3 (qeyri-idman hərəkəti); Səlahət Ağayev, 90+6 (oyunun bərpasının ləngidilməsi); // Səbuhi Abdullazadə, 85 (qeyri-idman hərəkəti); Rifat Nurmuqamet, 90+5 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Rövlan Muradov, 84 (ciddi qayda pozuntusu)
Qol: Ramon Maçado, 7
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 7 dəq.
Misli Premyer Liqasında VII turun daha bir matçı keçirilib. “Qəbələ” ikinci oyun gününün yeganə qarşılaşmasında “Sumqayıt”ı qəbul edib. “Qırmızı-qaralar” görüşə ötən turla müqayisədə bir dəyişikliklə başlayıb. Omar Hani ilk dəqiqələrdən meydana çıxıbsa, Feras Abu Akal start “11-liy”indən kənar qalıb.
Oyuna fəal başlayan “Qəbələ” ilk dəqiqələrdən ardıcıl hücumlar təşkil edib. Bunun nəticəsi kimi hesab 8-ci dəqiqədə açılıb. Asif Məmmədovun cərimə meydanına ötürməsindən sonra Ramon Maçado erkən qola imza atıb. Bu topdan sonra da hücumlarını davam etdirən “qırmızı-qaralar” çoxsaylı imkanlardan yararlana bilməyib. İsnik Alimi, Felipe Santos, Rafael Utziq və Ramon Maçadonun yaddaqalan zərbələrində dəqiqlik çatmayıb. Qonaqların azsaylı təhlükəli həmlələrinin qarşısını müdafiə xətti alıb. Bir neçə dəfə oyuna daxil olan Səlahət Ağayev də inamlı oynayıb.
İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Üstünlüyə malik “Qəbələ”nin qol imkanları bir-birini əvəz edib. İsnik Alimi və Felipe Santos əlverişli imkanları qaçırıb. Rafael Utziq isə rəqib qapıçı ilə təkbətək qaldığı epizodda fərqlənə bilməyib. Son dəqiqələrdə rəqibin təhlükəli cərimə zərbəsini də Səlahət Ağayev dəf edib. Beləliklə, “Qəbələ” mövsümdə 4-cü qələbəsini qazanaraq 4-cü pilləyə yüksəlib.
“Qəbələ”
1. Səlahət Ağayev
11. Asif Məmmədov (k)
(6. Feras Abu Akal, 26)
2. İlkin Qırtımov
27. Məqsəd İsayev
28. Murad Musayev
91. Ramon Maçado
4. Ruan Renato
5. İsnik Alimi
23. Rafael Utziq
97. Felipe Santos
(7. Rövlan Muradov, 76)
10. Omar Hani
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
14. Ülvi İsgəndərov
33. Hüseyn Mürsəlov
77. Emil Səfərov
88. Gülağa Əsədov
16. Nicat Əliyev
8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Sumqayıt”
13. Aydın Bayramov
7. Araz Abdullayev
6. Vüqar Mustafayev (k)
(23. Rifat Nurmuqamet, 66)
14. Elvin Bədəlov
10. Vüsal İsgəndərli
(55. İbrahim Əliyev, 73)
17. Murad Xaçayev
(30. Filipe Çabi, 73)
18. Süleyman Əhmədov
8. Səbuhi Abdullazadə
5. Stiven Pereyra
9. Almir Aqanspahiç
(11. Rüfət Abdullazadə, 32)
12. Todor Todoroski
Ehtiyat oyunçular:
25. İlnur Valiev
56. Ayxan Qocayev
3. Vurğun Hüseynov
15. Vüqar Bəybalayev
24. Elşən Abdullayev
21. Nihad Əhmədzadə
22. Damian Daniçiç
Baş məşqçi: Aleksey Baqa