«Qəbələ»dən ev qələbəsi
Xəbərlər / 7 Aprel 2023 | 19:161272
«Qəbələ»dən ev qələbəsi

“Qəbələ” – “Zirə” – 2:1

7 aprel 2023. Saat 17:00. Qəbələ şəhər stadionu, 700 tamaşaçı

Baş hakim: Tural Qurbanov

Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami

Dördüncü hakim: Fərid Hacıyev

VAR: Nicat İsmayıllı

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: İlkin Qırtımov, 67 (qeyri-idman hərəkəti); Ruan Renato, 80 (qeyri-idman hərəkəti) // Andriya Lukoviç, 39 (qeyri-idman hərəkəti); Sertan Taşkın, 65 (qeyri-idman hərəkəti)

Qollar: Ramon Maçado, 58; Ruan Renato, 80 // Eldar Quliyev, 69

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

 

Misli Premyer Liqasında XXIX tura start verilib. Turun ilk oyunu Qəbələ şəhər stadionunda keçirilib.

“Qəbələ” öz meydanında “Zirə” ilə görüşüb. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində dəyişiklik etməyib.

Turnir cədvəlindəki qonşuların dueli qarşılıqlı hücumlarla keçib. Matçdakı bütün qollar fasilədən sonra vurulub.

Öncə Ramon Maçado qonaqların qapısına yol tapıb. 11 dəqiqə sonra bakılılar hesabda tarazlıq yaratmağa nail olub.

Qələbə üçün böyük qüvvə ilə irəli atılan “qırmızı-qaralar” istəyinə Ruan Renatonun qolu ilə çatıb. Braziliyalı komandamıza 2:1 hesablı qələbə qazandıran topu rəqib qapısından keçirib.

Beləliklə, xallarının sayını 39-a çatdıran “Qəbələ” turnir cədvəlində rəqibinə keçərək 4-cü pilləyə yüksəlib.

 

 “Qəbələ”

1. Səlahət Ağayev

2. İlkin Qırtımov

27. Məqsəd İsayev

14. Ülvi İsgəndərov

(28. Murad Musayev, 86)

7. Rövlan Muradov

91. Ramon Maçado

4. Ruan Renato (k)

5. İsnik Alimi

97. Felipe Santos

6. Feras Abu Akal

9. Əyyub Allaş

(11. Asif Məmmədov, 71)

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

34. Urfan Abbasov

33. Hüseyn Mürsəlov

12. Rüfət Əhmədov

77. Emil Səfərov

16. Nicat Əliyev

17. Yaovi Akakpo

10. Omar Hani

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev

 

 

 

“Zirə”

41. Anar Nəzirov

10. Rəhim Sadıxov

32. Qismət Alıyev (k)

2. Sertan Taşkın

(7. Filipe Paxtman, 66)

21. Hacıağa Hacılı

11. Rüstəm Əhmədzadə

(19. Vladislav Kulaç, 85)

47. Mohamed Hamdaui

(23. Andriya Lukoviç, 22)

14. Hamidu Keyta

44. Dmitrios Çantakias

26. Nemanya Andelkoviç

6. Eldar Quliyev

 

Ehtiyat oyunçular:

 

1. Mehdi Cənnətov

22. Nail Alışov

15. Ruslan Abışov

18. Slavik Alxasov

9. Loris Broqno

5. Moiz Adileu

70. İssa Cibrila

28. Abbas İbrahim

17. Toni Qomes

 

 

Baş məşqçi: Rəşad Sadıqov