“Qəbələ” – “Zirə” – 1:0
2 sentyabr 2023. Saat 18:00. Qəbələ şəhər stadionu, 850 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Rəvan Həmzəzadə
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: İlkin Qırtımov, 45 (qeyri-idman hərəkəti); Bilel Auaşeriya, 45 (qeyri-idman hərəkəti); Əyyub Allaş, 45+2 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 75 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 90+6 (hakimin qərarına etiraz); Ahmed Ayzaya, 90+9 (hakimin qərarına etiraz) // Eldar Quliyev, 45 (qeyri-idman hərəkəti); Dmitrios Çantakias, 45 (qeyri-idman hərəkəti); Qismət Alıyev, 51 (qeyri-idman hərəkəti); İssa Cibrila, 90 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Elmar Baxşıyev, 72, 73 (texniki zona qaydalarını pozduğuna görə)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Elmar Baxşıyev, 73
Qol: Rauf Hüseynli, 20
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 10 dəq.
“Qəbələ” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” V turun ikinci günündə “Zirə” ilə başlayıb. Mövsümün startında qələbə qazanmayan komandamız çempionatın lideri ilə qarşılaşmaya iddialı çıxıb.
“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son matça fərqli heyətlə çıxıb. Ötən turla müqayisədə “11-lik”də bəzi dəyişiklər zəruri sayılıb. Görüşə fəal başlayan “qırmızı-qaralar” ilk dəqiqələrdən təşəbbüsə yiyələnib. Ardıcıl hücumlar quran komandamız qol vəziyyətləri yaratmaqda çətinlik çəksə də, Əyyub Allaş, Omar Hani və Ahmad Ayzayanın zərbələri yaddaqalan olub. İordaniyalının hissənin ortalarında qapı önünə ötürməsi hesab açılması ilə nəticələnib. Rauf Hüseynlinin zərbəsindən sonra rəqibə toxunan top qapıdan keçib – 1:0. Hesab açıldıqdan sonra da hücumlarını davam etdirən “Qəbələ” bir neçə yaddaqalan hücum təşkil edib. Epizodların birində top dirəkdən dönüb.
İkinci hissə eyni ssenari ilə başlayıb. “Qırmızı-qaralar” daha çox hücum qurub. Əyyub Allaş və Omar Haninin ön xətdəki fəallığı diqqət çəkib. Lakin oyunda dönüş yaratmağa çalışan qonaqlar üstünlüyü ələ alıb. Görüşün sonlarına qədər daha çox hücum quran bakılıların təzyiqinin qarşısını inamla alan komandamızın əks həmlələri də təhlükəli alınıb. Belə epizodlarda bir neçə dəfə qola yaxın olan “qırmızı-qaralar” fərqi artıra bilməyib. Liderin bərabərlik qoluna isə müdafiə xətti və Rəşad Əzizlinin inamlı çıxışı imkan verməyib. Beləliklə, “Qəbələ” mövsümdə ilk qələbəsini doğma meydanda qazanıb – 1:0.
“Qəbələ”
1. Rəşad Əzizli
2. İlkin Qırtımov
(28. Murad Musayev, 71)
34. Urfan Abbasov (k)
14. Ülvi İsgəndərov
(8. Gilad Abramov, 78)
5. Rauf Hüseynli
7. Emil Səfərov
20. Bilel Auaşeriya
4. Lukas Afriko
99. Ahmed Ayzaya
9. Əyyub Allaş
10. Omar Hani
(18. Mehrac Baxşalı, 84)
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
11. Asif Məmmədov
12. Nicat Əliyev
24. Xəyal Xudaverdiyev
71. Sənan Ağalarov
3. Zurab Oçiqava
72. Osama Xalayla
17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev
“Zirə”
97. Tiaqo Silva
77. Məqsəd İsayev
10. Rəhim Sadıxov
(11. Rüstəm Əhmədzadə, 60)
32. Qismət Alıyev (k)
16. Fuad Bayramov
(21. Hacıağa Hacılı, 46)
9. Vladislav Kulaç
(7. Filipe Paxtman, 75)
4. Ruan Renato
44. Dmitrios Çantakias
15. Pyer Zebli
6. Eldar Quliyev
19. Salifu Suma
(70. İssa Cibrila, 75)
Ehtiyat oyunçular:
41. Anar Nəzirov
50. Səlim Həşimov
66. Pərviz Azadov
52. Emil Bayramov
5. Stefan Aka
23. Andriya Lukoviç
Baş məşqçi: Rəşad Sadıqov