“Qəbələ”dən ev qələbəsi
Xəbərlər / 30 Noyabr 2025 | 18:3114403
“Qəbələ”dən ev qələbəsi

“Qəbələ” – “Araz-Naxçıvan” – 2:1

30 noyabr 2025. Saat 16:30. Qəbələ şəhər stadionu, 700 tamaşaçı

Baş hakim: Kamal Umudlu

Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Namiq Hüseynov

Dördüncü hakim: Əkbər Əhmədov

VAR: Rauf Cabarov

AVAR: Kamran Əliyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Namiq Əliyev

Sarı vərəqələr: Murad Musayev, 39, 90+4 (qeyri-idman hərəkəti); Səlahət Ağayev,

78 (oyunun bərpasının ləngidilməsi) // Bəxtiyar Həsənalızadə, 28 (qeyri-idman

hərəkəti); Patrik Andrade, 57 (qeyri-idman hərəkəti); Ba-Muaka Simakala, 73 (qeyriidman hərəkəti)

Qırmızı vərəqə: Murad Musayev, 90+4

Qollar: Prins Ovusu, 15; Adriel Ba Loua, 59 // Bəxtiyar Həsənalızadə, 34

Artırılan vaxt: I hissədə 6 dəq; II hissədə 4 dəq.

 

“Qəbələ” növbəti oyununu keçirib.

 

“Qırmızı-qaralar” Misli Premyer Liqasının XIII turunun matçına çıxıb. Komandamız “Araz-Naxçıvan”ı qəbul edib.

 

Görüş Qəbələ şəhər stadionunda baş tutub. Prins Ovusu erkən qolla hesabı açıb. 15-ci dəqiqədə meydanın mərkəzindən rəqibin cərimə meydançasına qədər irəliləyən futbolçumuz qarşısıalınmaz zərbə endirib – 1:0.

 

Hissənin sonlarında qonaqlar hesabı bərabərləşdirməyə nail olub. “Qəbələ” ikinci hissədə də erkən qol vurmağı bacarıb. Adriel Ba Luanın cərimə zərbəsindən sonra top canlı səddə dəyərək tora qovuşub – 2:1.

 

Bu qol “qırmızı-qaralar”a üç xal qazandırıb. Bununla da xallarının sayını 8-ə çatdıran komandamız 10-cu pilləyə yüksəlib.

 

Qeyd edək ki, “Qəbələ” dekabrın 4-də kubok görüşünə çıxacaq. 1/8 finalın “Şəfa” ilə Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşması saat 15:00-da başlayacaq.

 

“Qəbələ”

1. Səlahət Ağayev

28. Murad Musayev (k)

13. Nicat Əliyev

(27. Eşqin Əhmədov, 60)

74. Süleyman Damadayev

(3. Eduardo Kunde, 86)

66. Nuğay Rəşidov

10. Şahin Şahniyarov

50. Adriel Ba Loua

6. Xayme Syerra

16. İsaak Amoah

14. Domi Massumo

30. Prins Ovusu

(22. Fərid İsgəndərov, 81)

Ehtiyat oyunçular:

94. Həbib Hüşənov

11. Asif Məmmədov

97. Elşad Tağıyev

26. Elnur Mustafayev

17. Qədir Ramazanov

21. Ziya Şəkərxanov

12. İbrahim Sanqare

Baş məşqçi: Kaxaber Tsxadadze

“Araz-Naxçıvan”

12. Kristian Avram

34. Urfan Abbasov (k)

3. Bəxtiyar Həsənalızadə

8. Coşqun Diniyev

(23. Nuno Rodriqes, 61)

16. Ramon Maçado

6. Patrik Andrade

(24. Mustafa Əhmədzadə, 61)

17. İssuf Paro

10. Felipe Santos

(7. Hamidu Keyta, 27)

11. Ba-Muaka Simakala

77. Bruno Franko

(5. Slavik Alxasov, 75)

19. Bar Kohen

(14. Ülvi İsgəndərov, 61)

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

2. Qara Qarayev

26. Ömər Buludov

22. Elçin Mustafayev

Baş məşqçi: Elmar Baxşıyev