“Qəbələ”dən ev qələbəsi
Xəbərlər / 21 May 2026 | 20:2355
“Qəbələ”dən ev qələbəsi

“Qəbələ” – “Şamaxı” – 3:1

21 may 2026. Saat 18:30. Qəbələ şəhər stadionu, 700 tamaşaçı

Baş hakim: Kamranbəy Rəhimov

Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Şirmamed Mamedov

Dördüncü hakim: Niyaz Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqələr: Eşqin Əhmədov, 90+2 (qeyri-idman hərəkəti) // Arsen Ağcabəyov, 11 (qeyri-idman hərəkəti); Oruc Məmmədov, 12 (qeyri-idman hərəkəti)

Qollar: Seydina Keyta, 4; Domi Massumo, 33; Nicat Əliyev, 36 // Karim Rossi, 15

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 2 dəq.

 

“Qəbələ” növbəti oyununu keçirib.

 

Komandamız Misli Premyer Liqasının XXXIII turunda “Şamaxı”nı qəbul edib. Mövsümün son turunun görüşü Qəbələ şəhər stadionunda keçirilib.

 

Məhsuldar alınan qarşılaşmada bütün qollar ilk yarıda vurulub. Matç erkən qolla başlayıb. Seydina Keyta 4-cü dəqiqədə qonaqların qapısına yol tapıb.

 

Rəqib hesabı bərabərləşdirsə də, “Qəbələ” fasiləyədək daha iki qol vurub. Öncə Domi Massumo, ardınca Nicat Əliyev fərqlənib – 3:1. Premyer Liqada mövsümü 11-ci yerdə başa vuran “qırmızı-qaraıar” bu qələbədən sonra xallarının sayını 27-yə çatdırıb.

 

Qeyd edək ki, “Qəbələ” növbəti oyununu mayın 28-də keçirəcək. “Qırmızı-qaralar” Premyer Liqada qalmaq uğrunda pley-off matçına çıxacaq.

 

“Qəbələ”

1. Səlahət Ağayev

28. Murad Musayev (k)

13. Nicat Əliyev

(66. Nuğay Rəşidov, 78)

10. Şahin Şahniyarov

27. Eşqin Əhmədov

33. Seydina Keyta

(74. Süleyman Damadayev, 86)

12. İbrahim Sanqare

50. Adriel Ba Loua

(30. Prins Ovusu, 63)

6. Xayme Syerra

(22. Fərid İsgəndərov, 78)

16. İsaak Amoah

14. Domi Massumo

(70. Paulo Quimbila, 86)

Ehtiyat oyunçular:

93. Rza Cəfərov

94. Həbib Hüşənov

26. Elnur Mustafayev

21. Ziya Şəkərxanov

3. Eduardo Kunde

Baş məşqçi: Kaxaber Tsxadadze

“Şamaxı”

99. Səlim Həşimov

5. Arsen Ağcabəyov (k)

2. Abdulla Rzayev

80. Həbib İsmayılov

(17. Rafael Məhərrəmli, 68)

27. Emil Süleymanov

(8. Alfons Msanqa, 68)

97. Oruc Məmmədov

82. Rüfət Abbasov

7. Edqar Adilxanov

(19. Abdullahi Şuaybu, 68)

9. Karim Rossi

(48. Ramiz Muradov, 78)

3. Vladislav Veremeyev

(14. Ravil Qafarov, 78)

11. Dioqo Balau

Ehtiyat oyunçular:

66. Salih Məmmədli

21. Bilal İsmayılov

77. Nihat Mehralıyev

90. Davud Mənsumov

Baş məşqçi: Ayxan Abbasov