“Qəbələ” – “Sabah” – 2:2
14 may 2021. Saat 17:00. Qəbələ şəhər stadionu, tamaşaçısız
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Rəşad Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Yurgen Qoxa, 41 (hakimin qərarına etiraz) // Mario Marina, 44 (qeyri-idman hərəkəti); Coşqun Diniyev, oyundan sonra (hakimin qərarına etiraz); Ramil Şeydayev, oyundan sonra (hakimin qərarına etiraz)
Qollar: Nikolas Raysel, 63 (p.); Stefan Vukçeviç, 65 // Xulio Sezar Rodriqez, 29; Slavik Alxasov, 59
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.
Azərbaycan Premyer Liqasında XXVII tura start verilib. Turun ilk matçı Qəbələdə keçirilib. “Sabah”ı qəbul edən “Qəbələ” mövsümün son ev oyununa çıxıb. “Qırmızı-qaralar” görüşə ötən tur meydana çıxdığı start “11-liy”i ilə başlayıb.
Qəbələ şəhər stadionundakı matçın ilk dəqiqələri qarşılıqlı hücumlarla keçib. İlk yarıdakı həmlələri daha təhlükəli alınan qonaqlar hesabı açıb. Buraxılan qollardan sonra təşəbbüsə yiyələnən “qırmızı-qaralar” daha çox hücum təşkil edib. Lakin fasiləyədək paytaxt təmsilçisinin müdafiə səddini qırmaq mümkün olmayıb.
İkinci hissəyə də fəal başlayan “Qəbələ” ardıcıl hücumlar qurub. Lakin yenidən bakılılar qol sevinci yaşayıb. Paytaxt təmsilçisi əks-hücumda fərqlənib. Bu qoldan sonra da ruhdan düşməyən “Qəbələ” üstünlüyünü sonadək davam etdirib. Bu da vurulan qollarda əksini tapıb. Öncə Nikolas Raysel penaltidən fərqi azaldıb. Az keçməmiş Stefan Vukçeviç bərabərlik qoluna imza atıb – 2:2. Hesabda tarazlıq yaradandan sonra da hücumları davam etdirən “Qəbələ” bir neçə dəfə də qola yaxın olub. Lakin Ülvi İsgəndərovla Asif Məmmədovun zərbələri hesabın dəyişməsi üçün kifayət etməyib. Qonaqlar da bir neçə əks-hücum zamanı fərqlənmək imkanı qazansa da, müdafiəçilər, bir epizodda isə Tərlan Əhmədli komandamızı qoldan xilas edib. Beləliklə, “qırmızı-qaralar” ev görüşündə əzmkar heç-heçəyə imza atıb.
“Qəbələ”
94. Tərlan Əhmədli
11. Asif Məmmədov (k)
9. Ehtiram Şahverdiyev
99. Ceyms Adeniyi
(70. Ülvi İsgəndərov, 64)
32. Nikolas Raysel
13. Yurgen Qoxa
26. Stefan Vukçeviç
2. Vinko Medimoreç
23. Rafael Utriq
(7. Roman Hüseynov, 74)
10. Rövlan Muradov
(77. Merab Qiqauri, 64)
71. Rüfət Əhmədov
Ehtiyat oyunçular:
1. Anar Nəzirov
5. Rasim Ramaldanov
74. Yusif Nəbiyev
28. Murad Musayev
4. Sadiq Quliyev
6. Kamal Mirzəyev
17. Yaovi Akakpo
55. İdris İnqilablı
88. Gülağa Əsədov
Baş məşqçi: Elmar Baxşıyev
“Sabah”
94. Nicat Mehbalıyev
19. Təmkin Xəlilzadə
4. Bəhlul Mustafazadə (k)
90. Ramil Şeydayev
14. Slavik Alxasov
(7. Coşqun Diniyev, 61)
10. Aleksey İsayev
30. Mario Marina
(6. Şakir Seyidov, 75)
9. Xulio Sezar Rodriqez
3. Zurab Oçiqava
2. Amin Seydiyev
77. Veysəl Rzayev
(33. Camal Cəfərov, 84)
Ehtiyat oyunçular:
1. Saşa Stamenkoviç
31. Rustam Samigullin
15. Ruslan Abışov
17. Məhəmməd Mirzəbəyov
34. Bəxtiyar Həsənalızadə
48. Dmitro Klots
72. Kamran Quliyev
38. Arsen Ağcabəyov
66. Abdulax Xaibulayev
Baş məşqçi: Ramin Quliyev