“Qəbələ” 3-1 “Sumqayıt”
24 oktyabr 2014. Saat 17:00. Qəbələ şəhər stadionu, 1500 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Rəvan Həmzəzadə
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 29 (qeyri idman hərəkəti); Orxan Əliyev, 64 (qeyri idman hərəkəti); Ruslan Poladov, 89 (qeyri idman hərəkəti)
Qollar: Cavid Hüseynov, 77; Pavol Farkaş, 88; Ekiqo Ehiosun, 90+2 // Ramazan Abbasov, 40
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
Bu gün Topaz Premyer Liqasında IX tura start verilib. Mövsümün I dövrəsində son oyununu keçirən “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşıb. “Qırmızı-qaralar” indiyədək bütün ev oyunlarında qalib gəldiyi rəqiblə matça növbəti 3 xalı qazanmaq üçün çıxıb. Baş məşqçi Dorinel Muntyanu ötən turun “Qarabağ”la qarşılaşması ilə müqayisədə start heyətində iki dəyişiklik etmişdi. Zədəli Ürfan Abbasovun mövqeyində Müşfiq Teymurov, Aleksandru Benqanın əvəzinə isə Markinyos meydana çıxmışdı. Zədədən sonra komandaya qoşulan Ruslan Abışovun adı “18-liy”ə daxil edilsə də, milli üzvü ehtiyatda qalıb.
Görüşün ilk yarısı qarşılıqlı hücumlar şəraitində keçib. Meydan sahibləri ərazi üstünlüyünə malik olub. Sumqayıtlılar isə daha çox əks-hücumlara bel bağlayıb. Lakin qapılar önündə real qol vəziyyətləri yaranmayıb. “Qəbələ” yalnız Cavid Hüseynovun əldə etdiyi epizodda qola yaxın olub. Lakin cərimə meydanına daxil olan yarımmüdafiəçi imkandan yararlanmayıb. Hissənin ortalarında isə qonaqlar fərqlənib. Müdafiədəki səhvdən yararlanan Ramazan Abbasov qarşılaşmada hesabı açıb. Bundan sonra irəli atılan “Qəbələ” epizodların birində fərqlənsə də, hakimlər Viktor Mendinin oyundankənar vəziyyətdə olduğuna qərar verib.
Fasilədən sonra oyunda dönüş yaratmaq niyyətində olan Muntyanu Ekiqo Ehiosunu meydana buraxıb. Bu dəyişiklik Cavidin sol cinahı əks tərəfə dəyişməsi ilə nəticələnib. Bundan sonra qonaqların qapısı önündə gərginlik daha da artıb. Düzdür, əks-hücumların birində qonaqlar ikinci dəfə fərqlənib. Lakin bu oyundankənar vəziyyətdən mümkün olub. Sol cinahda yer alan Ekiqo isə matçın qəhrəmanı olub. Oyunun sonlarında vurulan hər 3 qol onun iştirakı ilə gerçəkləşib. Əvvəl onun ötürməsini Cavid dəqiq zərbəylə tamamlayıb. Hesab bərabərləşdikdən sonra “Qəbələ”nin müdafiəçiləri də qələbə topunu vurmaq üçün irəli atılıb. Əvvəl cərimə zərbəsi ilə qola yaxın olan Pavol Farkaş az keçməmiş Ekiqonun başla ötürdüyü topu qapıya göndərib. İki məhsuldar ötürmənin müəllifi olan legioner uzatma dəqiqələrində özü də fərqlənib. Ehiosun Yazaldenin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxdığı epizodu boşa verməyib.
Beləliklə, xal hesabını 14-ə çatdıran “Qəbələ” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
“Qəbələ”
1. Kamran Ağayev (k)
4. Elvin Camalov
8. Vidal Kunya Markus
(90. Ekiqo Ehiosun, 46)
9. Viktor Mendi
(21. Yazalde Pinto, 54)
10. Dodo
14. Cavid Hüseynov
16. Ruslan Tağızadə
25. Adrian Ropotan
(11. Andrei Kristea, 75)
26. Pavol Farkaş
44. Rafael Santos
88. Müşfiq Teymurov
Ehtiyat oyunçular:
30. Anar Nəzirov
5. Sadiq Quliyev
12. Aleksandru Benqa
15. Ruslan Abışov
Baş məşqçi: Dorinel Munteanu
“Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
(5. Cəmil Hacıyev, 49)
3. Vurğun Hüseynov
7. Ruslan Poladov (k)
9. Orxan Əliyev
10. Tərzin Cahangirov
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
17. Ramazan Abbasov
(77. Təvəkkül Məmmədov, 61)
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
(11. Kiyan Sultanpur, 80)
Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
6. Tagim Novruzov
45. Murad Ağayev
86. Fərid Quliyev
Baş məşqçi: Aqil Məmmədov