«Qəbələ»dən əzmkar qələbə
Xəbərlər / 13 Dekabr 2016 | 18:41449
«Qəbələ»dən əzmkar qələbə

 “Qəbələ” – AZAL – 2:1 
Azərbaycan Kuboku, 1/4 final mərhələsi, ilk oyun 
13 dekabr 2016. Saat 15:00. Qəbələ şəhər stadionu, 500 tamaşaçı 
Baş hakim: Fariz Yusifov 
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Azər Əsgərov 
Dördüncü hakim: Rəvan Həmzəzadə 
AFFA nümayəndəsi: Vaqif Davudov 
Hakim-inspektor: Asim Xudiyev 
Sarı vərəqələr: Ruslan Qurbanov, 90+1 (qeyri-idman hərəkəti) // Ruslan Əmircanov, 79 (qeyri-idman hərəkəti) 
Qollar: Filip Ozobiç, 61; Ruslan Qurbanov, 74 // Mirzağa Hüseynpur, 37 
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq. 

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. “Qəbələ” mərhələnin ilk oyununda AZAL-ı qəbul edib. Bu, komandaların ölkə kubokunda 5-ci matçı olub. Əvvəlki oyunların 2-də qalib gəlib, 1-də heç-heçə edən “qırmızı-qaralar” yalnız 1 dəfə uduzub. Bu dəfə də meydana qələbə əzmi ilə çıxan komandamız 1/8 finalın “Zaqatala” ilə görüşündəki heyətdə ciddi dəyişikliklər edib. David Pietrzkeviç, Nika Kvekveskiri, Cavid Hüseynov, Teo Uiks, Petar Franyiç, Rəşad Eyubov, Tellur Mütəllimov bu dəfə start heyətində yer almayıb. Əvəzində Roman Qriqorçuk ilk dəqiqələrdən Dmitri Bezotosnı, Elvin Camalov, Rəşad Sadiqov, Sergey Zenyov, Asif Məmmədov, Vitali Vernidub və Filip Ozobiçə etimad göstərib. Qarşılaşma komandamızın hücumları ilə başlayıb. “Qırmızı-qaralar” təşəbbüsə yiyələnib, üstün futbol nümayiş etdirib. Lakin müdafiədə etibarlı olan qonaqların qapısı önündəki səddi yarmaqda çətinlik çəkib. Əsasən əks-hücumlara ümid edən paytaxt təmsilçisi ilk hissə ərzində bir neçə dəfə Dmitri Bezotosnının qapısı önündə gərginlik yaradıb. Bunların birində qonaqlar hesabı açıb. Mirzağa Hüseynpur ilk yarının yeganə qolunun müəllifi olub. Məğlub duruma düşən “Qəbələ” rəqib qapısına təzyiqi artırsa da, fasiləyədək oyunda dönüş yarada bilməyib. 
Komandamız istəyinə ikinci hissədə çatıb. Daha çox hücum edən “qırmızı-qaralar” 61-ci dəqiqədə hesabda tarazlıq yaradıb. Xorvatiyalı legioner Filip Ozobiç “Qəbələ”də növbəti qolunu vurub – 1:1. Bu qoldan sonra rəqib qapısına təzyiqi daha da artıran futbolçularımız az keçməmiş hesabı da xeyrinə dəyişib. AZAL-ın qapısından ikinci topu Ruslan Qurbanov keçirib. Qarşılaşmanın sonlarında komandamızın fərqi artırmaq imkanları olsa da, hesab dəyişməz qalıb. Beləliklə, “Qəbələ” 1/4 final mərhələsinin ilk oyununda 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu dekabrın 21-də “AZAL Arena”da keçiriləcək.

“Qəbələ” 
22. Dmitri Bezotosnı 
3. Vojislav Stankoviç 
4. Elvin Camalov 
6. Rəşad Sadiqov (k) 
(14. Cavid Hüseynov, 85) 
9. Sergey Zenyov 
10. Ruslan Qurbanov 
11. Asif Məmmədov 
(32. Rəşad Eyubov, 62) 
15. Vitali Vernidub 
19. Filip Ozobiç 
34. Ürfan Abbasov 
44. Rafael Santos
(7. Nika Kvekveskiri, 46) 

Ehtiyat oyunçular: 
33. David Pietrzkeviç 
17. Məhəmməd Mirzəbəyov 
21. Roman Hüseynov 
90. Ramil Hasanov 
Baş məşqçi: Roman Qriqorçuk 

AZAL 
23. Aqil Məmmədov (k) 
3. Tural Hümbətov 
5. Kamil Hüseynov 
14. İlqar Ələkbərov 
7. Kamal Mirzəyev 
(19. Elnur Süleymanov, 80) 
18. Ruslan Əmircanov 
27. Eltun Hüseynov 
17. Rəşad Abdullayev 
21. David Canelidze 
(9. Röyal Nəcəfov, 70) 
77. Adan Koronado 
88. Mirzağa Hüseynpur 
(4. Qvanzav Maqomedov, 88) 

Ehtiyat oyunçular: 
90. Hossein Kamelqolamitussi 
2. Elşad Manafov 
16. Aşkan Feyzi 
36. Renat Aşurov 
Baş məşqçi: Tərlan Əhmədov