«Qəbələ»dən əzmkar qələbə
Xəbərlər / 1 Mart 2020 | 17:29331
«Qəbələ»dən əzmkar qələbə

“Zirə” – “Qəbələ” – 1:2

1 mart 2020. Saat 15:00. Zirə İdman Kompleksinin stadionu, 200 tamaşaçı 

Baş hakim: Orxan Məmmədov

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Vüqar Bayramov

Dördüncü hakim: Rəşad Əhmədov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Sarı vərəqələr:Davit Volkov, 34 (qeyri-idman hərəkəti); Boyan Zoqoviç, 71 (hakimin qərarına etiraz);Nicat Süleymanov, 74 (hakimin qərarına etiraz); Adrian Skarlatake, 87 (qeyri-idman hərəkəti) // Asif Məmmədov, 27 (qeyri-idman hərəkəti); Tərlan Əhmədli, 80 (qeyri-idman hərəkəti)

Qollar: İlkin Muradov, 21 // Fernan Lopez, 79; Rövlan Muradov, 88

Artırılan vaxt: I hissədə 3 dəq.; II hissədə 3 dəq.

 

Azərbaycan Premyer Liqasında XIX turun ikinci oyun gününə start verilib. “Qəbələ” Bakıda “Zirə”nin qonağı olub. “Qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində 6 dəyişiklik edib. Anar Nəzirov, Asif Məmmədov, Merab Qiqauri, Fernan Lopez, Nikolas Raysel və Rövlan Muradov “11-lik”də yer alıb. Onlar Tərlan Əhmədli, Ülvi İsgəndərov, Sadiq Quliyev, Ehtiram Şahverdiyev, Abdelrafik Jerar və İdris İnqilablını əvəzləyib.

Qarşılıqlı hücumlarla başlayan oyunun ilk dəqiqələrindən “qırmızı-qaralar” daha fəal təsir bağışlayıb. Lakin futbolçularımız rəqib qapısı önündə real qol vəziyyəti yaramaqda çətinlik çəkib. Hesab hissənin ortalarında açılıb. Meydan sahibləri İlkin Muradovun qolu ilə önə keçib. Buraxılan topdan az sonra Fernan Lopezin cərimə meydanı xəttinin yaxınlığından zərbəsi yaddaqalan olub. Hissənin sonlarında komandamız hücumlarının sayını artırsa da, həmlələri kəsərli alınmayıb. Nikolas Rayselin əlverişli mövqedən zərbəsi zamanı top qapı tirinin üstündən keçib.

İkinci hissəyə “Zirə” daha fəal başlayıb. Bu dəqiqələrdə müdafiədə etibarlı oyun nümayiş etdirən “qırmızı-qaralar” hissənin ortalarından üstünlüyü ələ keçiriblər. Daha çox hücum edən komandamız Rövlan Muradovun baş zərbəsi zamanı qola yaxın olub. Lakin top müdafiəçilərdən dönüb. Matç sona yaxınlaşdıqca rəqib qapısına təzyiqi də artırıb. Uzaqdan çərçivə önünə ötürmə zamanı tirdən qayıdan topa toxunan Fernan Lopez matçda tarazlığı bərpa edib. Bu qoldan ruhlanan “Qəbələ” daha bir dəfə fərqlənməyi də bacarıb. Bu dəfə də uzaqdan zərbə qolla nəticələnib. Rövlan Muradov qapını dəqiq nişan alıb. Son dəqiqələri qarşılıqlı hücumlarla keçən matçın sonluğunda hesab dəyişməyib.

Beləliklə, “qırmızı-qaralar” Bakı səfərində əzmkar qələbə qazanıb.

 

“Zirə”

1. Orxan Sadıqlı

8. İlkin Muradov

4. Elvin Camalov

10. Ağabala Ramazanov

33. Yovan Krneta

27. Adrian Skarlatake (k)

43. Riçard Qadze

3. Ali Sisey

18. George Anton

(48. Şafik Tiqrudja, 90+1)

11. Davit Volkov

70. Nicat Süleymanov

 

Ehtiyat oyunçular:

 

28. Boyan Zoqoviç

62. Abdulla Seyidəhmədov

14. Bəxtiyar Həsənalızadə

25. Miloş  Bakraç

6. Alvaro Ampuero

20. Əli Şirinov

55. Rauf Hüseynli

 

Baş məşqçi: Zaur Həşimov

 

 

 

“Qəbələ”

1. Anar Nəzirov (k)

8. Qismət Alıyev

11. Asif Məmmədov

(55. İdris İnqilablı, 65)

28. Murad Musayev

3. İviça Juniç

10. Klesio Bauk

77. Merab Qiqauri

21. Fernan Lopez

32. Nikolas Raysel

(14. Ülvi İsgəndərov, 68)

19. Rövlan Muradov

(9. Ehtiram Şahverdiyev, 90+1)

2. Amin Seydiyev

 

Ehtiyat oyunçular:

 

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

12. Abdelrafik Jerar

22. Rodriqo Qattas

17. Yaovi Akakpo

 

Baş məşqçi: Azər Bağırov