«Qəbələ»dən əzmkar qələbə
Xəbərlər / 27 Mart 2022 | 17:55200
«Qəbələ»dən əzmkar qələbə

“Zirə” - “Qəbələ” – 1:2

(Hamidu Keyta //İsnik Alimi, Rafael Utziq)

“Qəbələ” yoxlama oyunu keçirib. Milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə Bakıda hazırlıq keçən “qırmızı-qaralar” “Zirə” ilə qarşılaşmada qüvvəsini sınayıb. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Baş məşqçi Elmar Baxşıyev bu matçda aşağıdakı start heyətinə şans verib: Elməddin Sultanov, Ehtiram Şahverdiyev, Məqsəd İsayev, Ruan Renato, Urfan Abbasov, Murad Musayev, Kamal Mirzəyev, İsnik Alimi, Asif Məmmədov, Patrik Robson, Ülvi İsgəndərov.

Qarşılaşma erkən qolla başlayıb. Start fitindən az sonra “Zirə” hesabı açıb. Qarşılıqlı hücumlarla keçən görüşün ilk yarısında hər iki komandanın fərqlənmək imkanları olsa da, hesab dəyişməyib. Fasilədə və ikinci hissədə rəqiblərin heyətində dəyişikliklər olub. “Qəbələ”də Rafael Utziq, Rövlan Muradov, Rüfət Əhmədov, Stefan Vukçeviç və Fərid İsgəndərov komanda yoldaşlarını əvəzləyib. İkinci hissənin əvvəllərində İsnik Alimi penalti zərbəsi ilə hesaba tarazlıq gətirib. Rafael Utziq komandamızı önə çıxarıb – 2:1. Hissənin ikinci yarısında hücumlar təşkil edən tərəflər fərqlənə bilməyib. Beləliklə, “Qəbələ” yoxlama oyununda 2:1 hesablı əzmkar qələbə qazanıb.