«Qəbələ»dən əzmkar qələbə
Xəbərlər / 3 Dekabr 2022 | 16:531590
«Qəbələ»dən əzmkar qələbə

“Qəbələ” – “Səbail” – 2:1

3 dekabr 2022. Saat 14:30. Qəbələ şəhər stadionu, 150 tamaşaçı

Baş hakim: Rəşad Əhmədov

Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Rahil Ramazanov

Dördüncü hakim: Səbuhi Bayramov

VAR: Rauf Cabarov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Sarı vərəqələr: Feras Abu Akal, 90 (qeyri-idman hərəkəti) // Fakundo Kardozo, 38 (qeyri-idman hərəkəti); Maksim Çex, 57 (qeyri-idman hərəkəti)

Qollar: Feras Abu Akal, 35; Ülvi İsgəndərov, 65 // Kizito Luvaqa, 5

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.

 

Misli Premyer Liqasında XVI turun ikinci gününə start verilib. Günün ilk matçı Qəbələ şəhər stadionunda keçirilib. “Qəbələ” öz meydanında “Səbail”lə qarşılaşıb.

Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində üç dəyişiklik edib. Səlahət Ağayev, Rövlan Muradov və Ruan Renato ilk “11-liy”ə qayıdıb. Onlar Kristof Atanqana, Emil Səfərov və Omar Hanini əvəzləyib.

Dumanlı hava şəraitində keçən görüş erkən qolla başlayıb. Qonaqlar 4-cü dəqiqədə hesabı açıb. Buraxılan qoldan sonra ardıcıl hücumlar təşkil edən “Qəbələ” bir neçə dəfə qola yaxın olub. Lakin İsnik Alimi, Ramon Maçado və Felipe Santosun zərbələrində dəqiqlik çatmayıb. Komandamız fasiləyə qədər hesaba tarazlıq gətirə bilib. Feras Abu Akalın cərimə meydanı xaricindən vurduğu zərbə dəqiq olub.

İkinci hissə əsasən qarşılıqlı hücumlar şəraitində keçib. Həmlələri daha kəsərli alınan “Qəbələ” meydana sonradan daxil olan Ülvi İsgəndərovun qolu ilə hesabda önə keçib. Bundan sonra komandamız dəfələrlə fərqi artırmaq imkanı əldə etsə də, son nöqtəni qoymaq mümkün olmayıb. Qonaqların təhlükəli hücumlarının qarşısını isə etibarlı oynayan müdafiə xətti alıb. Bir neçə epizodda isə Səlahət Ağayev hesabın dəyişməsinə mane olub. Beləliklə, “Qəbələ” ev oyununda 2:1 hesablı əzmkar qələbə qazanıb.

 

“Qəbələ”

1. Səlahət Ağayev

11. Asif Məmmədov (k)

(10. Omar Hani, 81)

2. İlkin Qırtımov

(8. Andrey Strijak, 87)

27. Məqsəd İsayev

28. Murad Musayev

7. Rövlan Muradov

(77. Emil Səfərov, 87)

91. Ramon Maçado

4. Ruan Renato

5. İsnik Alimi

97. Felipe Santos

(14. Ülvi İsgəndərov, 61)

6. Feras Abu Akal

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

34. Urfan Abbasov

33. Hüseyn Mürsəlov

18. Mehrac Baxşalı

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Səbail”

1. Emil Balayev

14. Rahid Əmirquliyev (k)

(8. Elmir Tağıyev, 81)

10. Ağabala Ramazanov

(7. Ruslan Hacıyev, 70)

(18. Vüsal Qənbərov, 78)

6. Cabir Əmirli

17. Rafael Məhərrəmli

55. Nihad Qurbanlı

77. Ədilxan Qarəhmədov

(4. Maksim Çex, 46)

30. Franko Mazurek

(22. Samir Abdullayev, 81)

21. Kizito Luvaqa

5. Petro Stasyuk

20. Fakundo Kardozo

 

Ehtiyat oyunçular:

 

12. Hüseynəli Quliyev

25. Sadiq Məmmədzadə

15. Vüqar Həsənov

3. Turan Manafov

 

Baş məşqçi: Mahmud Qurbanov