“Qəbələ” – “Səbail” – 3:2
Azərbaycan Kuboku, 1/2 final ilk oyun
18 aprel 2023. Saat 18:00. Qəbələ şəhər stadionu, 1300 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Kamran Bayramov
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Asif Məmmədov, 29 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 44 (qeyri-idman hərəkəti) // Emil Martinov, 6 (qeyri-idman hərəkəti)
Qollar: Rafael Utziq, 34, 66; Felipe Santos, 74 // İlkin Muradov, 9; Emil Martinov, 20
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib. İlk oyunlar Qəbələ şəhər stadionundakı matçla başlayıb.
“Qəbələ” öz meydanında “Səbail”lə görüşüb. Qarşılaşmanın ilk dəqiqələrindən hər iki komanda fəallıq nümayiş etdirib.
Bu, erkən qolun vurulması ilə nəticələnib. Qonaqlar İlkin Muradovun fərqlənməsi ilə hesabda önə keçib.
Buraxılan qoldan sonra irəli atılan “qırmızı-qaralar” qapısında daha bir top görüb. Bu dəfə Emil Martinov fərqlənib.
Elmar Baxşıyevin yetirmələri çətin duruma düşsə də, toparlanmağı bacarıb. Rafael Utziq fasiləyədək fərqi minimuma endirib.
“Qəbələ” ikinci hissədə təzyiqi daha da artırıb. Bu da nəticəsiz qalmayıb. Öncə Rafael dublunu rəsmiləşdirib. Ardınca digər braziliyalı Felipe Santos bakılıların qapısına yol tapıb. Beləliklə, “Qəbələ” ev oyununda 3:2 hesablı əzmkar qələbə qazanıb.
Xatırladaq ki, komandalar arasında cavab görüşü aprelin 27-də keçiriləcək.
“Qəbələ”
1. Səlahət Ağayev
11. Asif Məmmədov (k)
2. İlkin Qırtımov
34. Urfan Abbasov
27. Məqsəd İsayev
14. Ülvi İsgəndərov
(7. Rövlan Muradov, 80)
4. Ruan Renato
23. Rafael Utziq
97. Felipe Santos
6. Feras Abu Akal
9. Əyyub Allaş
(77. Emil Səfərov, 67)
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
28. Murad Musayev
33. Hüseyn Mürsəlov
16. Nicat Əliyev
91. Ramon Maçado
17. Yaovi Akakpo
10. Omar Hani
8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”
12. Hüseynəli Quliyev
14. Rahid Əmirquliyev (k)
(8. Elmir Tağıyev, 70)
2. Adil Nağıyev
96. İlkin Muradov
6. Cabir Əmirli
7. Ruslan Hacıyev
(22. Samir Abdullayev, 63)
3. Turan Manafov
27. Emil Martinov
(88. Matiya Lyuyiç, 70)
11. Qoba Zakpa
21. Kizito Luvaqa
(9. Mirabdulla Abbasov, 76)
23. Qustavo de Fransa
Ehtiyat oyunçular:
1. Emil Balayev
15. Vüqar Həsənov
17. Rafael Məhərrəmli
55. Nihad Qurbanlı
77. Ədilxan Qarəhmədov
38. Zeynəddin Abdurahmanov
5. Petro Stasyuk
Baş məşqçi: Şahin Diniyev