«Qəbələ»dən əzmkar qələbə
Xəbərlər / 23 Aprel 2023 | 20:391444
«Qəbələ»dən əzmkar qələbə

“Sumqayıt” - “Qəbələ” – 2:3

23 aprel 2023. Saat 18:00. “Kapital Bank Arena”, 1326 tamaşaçı

Baş hakim: Rauf Cabarov

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Eyyub İbrahimov

Dördüncü hakim: Səbuhi Bayramov

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Sarı vərəqələr: Vüsal İsgəndərli, 23 (qeyri-idman hərəkəti); Todor Todoroski, 52 (qeyri-idman hərəkəti); İlnur Valiev, 87 (oyunun bərpasının ləngidilməsi) // Rafael Utziq, 27 (hakimin qərarına etiraz); Urfan Abbasov, 52 (qeyri-idman hərəkəti); İsnik Alimi, 60 (qeyri-idman hərəkəti); Feras Abu Akal, 73 (qeyri-idman hərəkəti); Andrey Strijak, 90+4 (qeyri-idman hərəkəti); Felipe Santos, 90+5 (qeyri-idman hərəkəti)

Qollar: Vüsal İsgəndərli, 58; Kərim Abubakar, 63 // Omar Hani, 74; Emil Səfərov, 78; Ramon Maçado, 90+4

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

 

Bu gün Misli Premyer Liqasında XXXI tura yekun vurulub. Son oyun günündə bir matç baş tutub. Yeganə qarşılaşma Sumqayıtda keçirilib.

Eyniadlı komandanın qonağı olan “Qəbələ” “Kapital Bank Arena”ya çıxıb. Görüş qarşılıqlı hücumlarla başlayıb. Matçın əvvəlində Rafael Utziq ardıcıl iki epizodda cərimə meydanına yaxınlaşaraq təhlükə yaradıb. Braziliyalı legioner kimi Ülvi İsgəndərov də ilk 45 dəqiqədə fəallığı ilə seçilib. Ən yaddaqalan isə Feras Abu Akalın zərbəsi olub. Lakin top tirin üstündən keçib. Meydan sahiblərinin hücumları da təhlükəli alınsa da, ilk yarı real qol vəziyyəti ilə diqqət çəkməyib.

Fasilədən sonra da azarkeşlər qarşılıqlı hücumlara şahid olub. Ramon Maçadonun zərbəsi hədəfə düşməyib. “Sumqayıt” isə qısa müddətdə iki qol vurmağı bacarıb. Buraxılan qollardan sonra “qırmızı-qaralar” daha böyük qüvvə ilə irəli atılıb. Baş məşqçi Elmar Baxşıyev əvəzetmələrlə oyunun axarını dəyişməyə çalışıb. Görüşə sonradan daxil olan Omar Hanı müdafiəçilərdən sıyrılaraq cərimə meydanı daxilindən qarşısıalınmaz zərbə endirib. Bu qoldan sonra hücumlara ara verməyən “Qəbələ”də Ramin Maçado və Rövlan Muradovun ardıcıl zərbələri yaddaqalan olub. Hər iki halda topu qapıçı dəf edib. Künc zərbəsindən sonra meydana sonradan daxil olan Emil Səfərov isə hədəfi dəqiq nişan alıb – 2:2. “Qırmızı-qaralar”ın qələbə qolunu vurmaq imkanları da olub. Ramonun yaxın məsafədən zərbəsindən sonra top çərçivədən yan keçib. Lakin braziliyalı hücumçu istəyinə çatmağı bacarıb. O, meydan sahiblərinin də qol imkanı əldə etdiyi uzatma dəqiqələrində toru silkələyib – 3:2. Beləliklə, səfər görüşündə geridönüş edən “Qəbələ” ardıcıl ikinci oyunda iki top fərqini aradan qaldırmaqla qalib gəlib. Beş gün öncə “Səbail”lə kubok matçı da “qırmızı-qaralar”ın belə kambeki ilə əlamətdar olub.

 

“Sumqayıt”

25. İlnur Valiev

6. Vüqar Mustafayev (k)

14. Elvin Bədəlov

10. Vüsal İsgəndərli

17. Murad Xaçayev

18. Süleyman Əhmədov

5. Stiven Pereyra

9. Karim Abubakar

(11. Rüfət Abdullazadə, 66)

23. Kamran Aliev

12. Todor Todoroski

(8. Səbuhi Abdullazadə, 57)

71. Masaki Murata

(7. Terrens Tisdel, 75)

 

Ehtiyat oyunçular:

 

13. Aydın Bayramov

56. Ayxan Qocayev

24. Elşən Abdullayev

20. Ayxan Süleymanlı

37. Alya Ture

 

Baş məşqçi: Samir Abasov

 

“Qəbələ”

13. Kristof Atanqana

2. İlkin Qırtımov

(28. Murad Musayev, 77)

34. Urfan Abbasov (k)

(11. Asif Məmmədov, 77)

27. Məqsəd İsayev

(10. Omar Hani, 69)

14. Ülvi İsgəndərov

(77. Emil Səfərov, 58)

91. Ramon Maçado

4. Ruan Renato

5. İsnik Alimi

23. Rafael Utziq

(7. Rövlan Muradov, 69)

97. Felipe Santos

6. Feras Abu Akal

 

Ehtiyat oyunçular:

 

36. Elməddin Sultanov

33. Hüseyn Mürsəlov

17. Yaovi Akakpo

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev