“Simurq” 1-2 “Qəbələ”
13 sentyabr, 2014. Saat 19:00. Zaqatala olimpiya kompleksinin stadionu, 2500 tamaşaçı
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Coşqun Həsənov
Dördüncü hakim: Sərxan İsmayılov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Vadim Abdullayev, 8 (qeyri idman hərəkəti), Patrik Osiako, 13 (qeyri idman hərəkəti), Rəşad Eyyubov, 44 (qeyri idman hərəkəti), Tural Axundov, 54 (qeyri idman hərəkəti) Adam Banaş (qeyri idman hərəkəti)// Aleksandru Benqa, 5 (qeyri idman hərəkəti), Aleksandru Benqa, 86 (qeyri idman hərəkəti), Adrian Ropotan, 65 (qeyri idman hərəkəti), Cavid Hüseynov, 90+1 (qeyri idman hərəkəti), Elvin Camalov, 90+4 (qeyri idman hərəkəti)
Qırmızı vərəqə: Aleksandru Benqa, 86
Qollar: R. Eyyubov, 7 (pen) - Dodo, 68, 80
Artırılan vaxt: I hissədə 2, II hissədə 5 dəqiqə.
“Qəbələ” Topaz Premyer Liqasının V turunda “Simurq”la qarşılaşıb. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk qarşılaşmaya qələbə ardınca yollanan Dorinel Muntyanunun yetirmələri ardıcıl 2-ci səfər qələbəsini qazanmaq iddiasında idi. Rumıniyalı mütəxəssis son oyunla müqayisədə start heyətində iki dəyişikliyə əl atmışdı. Cari mövsümdə çempionatda ilk oyununa çıxan Rafael Santos Pavol Farkaşın mövqeyində qərarlaşmışdı. Avropa Liqasından sonra start heyətindən kənar düşən Luis Paulo Hilario isə AZAL-la ötən turun oyununda yaxşı təsir bağışlamayan Andrey Kristeanı əvəzləmişdi. Elə matçın taleyini də Dodo kimi tanınan braziliyalı yarımmüdafiəçi həll edib.
Qarşılaşma “Qəbələ” üçün o qədər də yaxşı başlamayıb. Meydan sahibləri erkən qolla hesabı açıb. Bu, cərimə meydanında qeydə alınan qayda pozuntusundan sonra gerçəkləşib. Kamran Ağayev Rəşad Eyyubovun penalti zərbəsindən sonra komandasını xilas edə bilməyib. Bundan sonra oyunda dönüş yaratmağa çalışan “qırmızı-qaralar” “Simurq”un qapısı önündə real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Meydanın mərkəzində Cavid Hüseynov və Ruslan Abışovun fəallığı, Ruslan Əmircanovun cərimə zərbələri fayda verməyib.
Lakin fasilədən sonra Muntyanunun əvəzetmələri oyunda dönüş yaratmağa nail olub. İlk yarıda o qədər fəal görünməyən sol cinahda canlanma nəticəsinə zaqatalalıların qapısı önündə gərginlik artıb. Oyunun qəhrəmanı isə “Qəbələ”nin tarixində ən çox oyun keçirən Dodo olub. Cənubi amerikalı əvvəl məhz sol cinahdan ötürülən topu başla qapıçının üstündən tora göndərib. Az keçməmiş isə Dodo fərdi ustalığını nümayiş etdirib. Mərkəzdən cərimə meydanına daxil olan yarımmüdafiəçi üzbəüz qaldığı qapıçıya heç bir şans verməyib – 2:1. Qol epizodunda zədələnən futbolçu qarşılaşmanı davam etdirə bilmədiyi üçün əvəzlənməli olub. Bundan sonra “qırmızı-qaralar” azlıqda da qalsa, qələbə hesabını qoruya bilib. İkinci sarı vərəqə üzündən Aleksandru Benqa meydanı tərk edib.
Beləliklə, mövsümdə 3-cü, səfərdə ardıcıl 2-ci qələbəsini qazanmaqla xal hesabını 9-a çatdıran “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
“Simurq”
1. Pavel Kapsa
2. İlkin Qırtımov (k)
3. Adam Banaş
5. Vadim Abdullayev
6. Samir Zərgərov
(16. Məhərrəm Hüseynov, 82)
8. Patrik Osiako
10. Rəşad Eyyubov
15. Stepan Polyak
(9. Lukaş Tresnak, 81)
18. Tural Axundov
26. Benjamin Lambot
88. Marko Stanoyeviç
Ehtiyat oyunçular:
35. Amil Ağacanov
17. Rüstəm Məmmədov
20. İdan Vaytsman
25. Oruc Balaşlı
33. Kənan Müslümov
Baş məşqçi: George Çixradze
“Qəbələ”
1. Kamran Ağayev (k)
7. Ruslan Əmircanov
8. Markus Vidal
(90. Ekiqo Ehiosun, 52)
9. Viktor Mendi
(26. Pavol Farkaş, 87 )
10. Dodo
(4. Elvin Camalov, 81)
12. Aleksandru Benqa
14. Cavid Hüseynov
15. Ruslan Abışov
16. Ruslan Tağızadə
25. Adrian Ropotan
44. Rafael Santos
Ehtiyat oyunçular:
30. Anar Nəzirov
11. Andrei Kristea
34. Ürfan Abbasov
88. Müşfiq Teymurov
Baş məşqçi: Dorinel Munteanu