“Qəbələ” – “İmişli” – 3:2
30 yanvar 2026. Saat 17:00. Qəbələ şəhər stadionu, 700 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Kərim Zeynalov
Dördüncü hakim: Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: İsmael Akinade, 52 (qeyri-idman hərəkəti) // Həzrət İsayev, 84 (qeyriidman hərəkəti)
Qollar: Domi Massumo, 27; 45+1; 87 // Dioqo Almeyda, 7; 60
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 3 dəq.
“Qəbələ” növbəti oyununu keçirib. “Qırmızı-qaralar” Misli Premyer Liqasının XVIII turunda “İmişli” ilə görüşüb.
Komandamız 2026-cı ildəki ilk ev oyununu Qəbələ şəhər stadionunda keçirib. Matçda hesabı qonaqlar açıb.
Erkən buraxılan qoldan sonra oyunda dönüş yaradan “Qəbələ” fasiləyədək hesabda önə keçib. Domi Massoumou dubl müəllifi olub.
Məhsuldar keçən görüşün ikinci hissəsində daha 2 qol vurulub. Öncə qonaqlar bərabərlik topuna imza atıb.
Matçın sonlarında fərqlənən Domi het-trikini rəsmiləşdirib. O, bu qaşrılaşmadakı üçüncü qolu ilə komandamıza 3 xal qazandırıb. Beləliklə, “qırmızı-qaralar” “İmişli” ilə ev oyununda əzmkar qələbə qazanıb – 3:2.
Qeyd edək ki, “Qəbələ” növbəti matçını Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirəcək. “Sabah”la 1/4 finalın ilk oyunu fevralın 4-də baş tutacaq. “Bank Respublika Arena”da təşkil olunacaq qarşılaşma saat 19:30-da start götürəcək.
“Qəbələ”
1. Səlahət Ağayev
28. Murad Musayev (k)
66. Nuğay Rəşidov
(3. Eduardo Kunde, 74)
10. Şahin Şahniyarov
(13. Nicat Əliyev, 74)
27. Eşqin Əhmədov
24. İsmael Akinade
(22. Fərid İsgəndərov, 90)
33. Seydina Keyta
6. Xayme Syerra
16. İsaak Amoah
14. Domi Massumo
(12. İbrahim Sanqare, 90)
30. Prins Ovusu
(50. Adriel Ba Loua, 74)
Ehtiyat oyunçular:
93. Rza Cəfərov
94. Həbib Hüşənov
11. Asif Məmmədov
7. Turan Manafov
74. Süleyman Damadayev
21. Ziya Şəkərxanov
70. Paulo Quimbila
Məşqçi: George Çixradze
“İmişli”
33. Andrey Sinenka
19. Azər Salahlı (k)
21. Abbas Ağazadə
(44. Həzrət İsayev, 67)
5. İdris İnqilablı
94. Rafael Vieqaş
10. Nikola Karaklaiç
(97. Xəzər Mahmudov, 67)
29. Edvin Banquera
14. Ronaldo de Souza
9. Dioqo Almeyda
23. Dioqo Rollo
7. Luis Silvestr
Ehtiyat oyunçular:
1. Hüseynəli Quliyev
77. Elmir Rəhimzadə
70. Mehdi Tahirov
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya